Hüquq, etika və komplayens üçlüyü. Komplayens hüququn özüdürmü?

Bu dəfə əqli mülkiyyət hüququndan uzaqlaşıb korporativ hüquq çərçivəsində müzakirə edilən komplayensdən bəhs edəcəm. Bu yazının məqsədi komplayens haqqında ümumi təsəvvür formalaşdırmaqdan və hüquq mədəniyyəti ilə qarşılıqlı əlaqəsini müəyyən etməkdən ibarətdir (Məlumatlar isə onlayn kursdan öyrəndiklərim, həmçinin araşdırdığım bir neçə mənbənin kombinasiyasından ibarət olacaq).    Komplayensə Azərbaycan Respublikasının qanunvericiliyində leqal analayış bu formada verilib: “Komplayens… Oxumağa davam et Hüquq, etika və komplayens üçlüyü. Komplayens hüququn özüdürmü?

Mətbəximdə bir qaşıq “elm” var: Molekulyar qastronomiya nədir?

     “Əqli mülkiyyət hardadır?” kimi sadə suala 2 il öncə cavab versəydim cavabım bu formada olardı: “Kitablarda, filmlərdə, məişət texnikasında, əmtəə nişanında”. Yəqin ki, cavabım bundan artıq olmazdı. İndi isə “Ətrafımızda gördüyümüz az qala hər şeydə əqli mülkiyyət var" deyə cavab verə bilərəm. Əziz oxucu! Bəlkə də gördüyün şəkil sənə hansısa cizgi filmindəki sehrli iksiri… Oxumağa davam et Mətbəximdə bir qaşıq “elm” var: Molekulyar qastronomiya nədir?

“Intellectual Property in the Healthcare Industry” kursundan nələr öyrəndim?

Bu yaxınlarda ABŞ-ın Penn Universitetinin “İntellectual property law in the healthcare” adlı kursuna pulsuz qoşulub bitirmək imkanı əldə etmişdim. Kursu tamamladıqdan sonra kursda mövzu ilə bağlı yeni öyrəndiyim məlumatları paylaşmağın faydalı olacağını düşündüm. Onu da deyim ki, bu bloqu böyük həvəslə yazdım, çünki bu kurs çox uzun müddətdən sonra bloquma yeni nəfəs verməyimə səbəb oldu.… Oxumağa davam et “Intellectual Property in the Healthcare Industry” kursundan nələr öyrəndim?

İxtiraçı qadınlar silsiləsindən…

Bu gün bloqumun 1 yaşı tamam olur. 1 il bundan öncə ilk yazımı yayımlayaraq özümə 8 Mart hədiyyəsi etmişdim. Düşündüm ki, bu gün - 8 Mart üçün elə qadınlardan yazım. Çoxumuz elmdə, texnologiyada kişilərin daha çox ixtiraya sahib olduğunu düşünürük. Lakin “Qadınların ixtiraçılığı aclığı və soyuğu hiss etmək qədər qədimdir” deyən Danimarkanın Qadınlar Muzeyinin Direktoru… Oxumağa davam et İxtiraçı qadınlar silsiləsindən…

Bir könül sındırmışam…

Məni tanıyanlar retro musiqi aşiqi olduğumu bilirlər. Xüsusilə də həvəskar kimi (amateur) bir mahnını bir neçə müğənninin səsində dinləyib analiz etmək mənə yeni səslər kəşf etməmə vəsilə olur. Hüquq tələbəsi olduqdan sonra ixtisasımdan irəli gələn xüsusiyyətdən yoxsa milli incəsənətini, mədəni incilərini qoruyan vətənpərvərlik hissiyyatımdan dolayımı musiqiləri dinlədikcə daha fərqli aspektdən yanaşıram. Musiqiləri əvvəllər yalnız hisslərimlə… Oxumağa davam et Bir könül sındırmışam…

“Upcycling”: yaşıl iqtisadiyyat və hüququn kəsişməsində bir nöqtə kimi

Son dövrlərin trend mövzularından biri də “upcycling”dir. Bu, “recycling”, yəni təkrar emal deyil. “Upcycling” istifadə müddətini başa vurmuş əşyalara yeni nəfəs verməklə və ya onları digər əşyalarla kombinə etməklə hazırlanan yeni əşyadır. Upcycling mebel, moda, incəsənət sahələrində  daha çox uğurlu formada təcəssüm olunur.      Təbii ki, bu yeni yanaşma hüquqdan, xüsusilə əqli mülkiyyət hüquqlarından təsirsiz ötüşmür,… Oxumağa davam et “Upcycling”: yaşıl iqtisadiyyat və hüququn kəsişməsində bir nöqtə kimi

PATENT MÜHARİBƏLƏRİ: BAŞIBƏLALI SMARTFONLAR

Bu yazımızda iki texnologiya nəhəngi - Samsung və Apple arasında illərlə davam edən məhkəmə mübahisələrindən bəhs edəcəyik - daha doğrusu “patent müharibələrindən”. Mübahisənin detallarına keçid etməzdən öncə qeyd edim ki, mobil telefonlar, yəni smartfonlar sənaye nümunələri (AR-nın “Patent haqqında” Qanununa nəzərən) və dizayn patentləri ilə (ABŞ Patent Aktına əsasən) mühafizə olunur.       Bəs sənaye nümunəsi (industrial… Oxumağa davam et PATENT MÜHARİBƏLƏRİ: BAŞIBƏLALI SMARTFONLAR

Olimpiya simvolları ictimai varidatdırmı?

Beynəlxalq Olimpiya Komitəsinin Əsasnaməsinə görə “olimpiya mülkiyyəti” dedikdə “olimpiya simvolları (olimpiya üzükləri), emblem, söz nişanlar, olimpiya oyunlarının maskotu (oyunları təmsil edən simvolik rəmz), olimpiya sözü,eləcə də bu sözlə əlaqəli digər terminologiya başa düşülür. Olimpiya simvolları olimpiya mülkiyyətinin bir növü kimi toxunulmazdır. Belə ki, simvollar dəyişdirilə və ya təhrif edilə bilməz. Burda olimpiya simvolları üzərində mənəvi… Oxumağa davam et Olimpiya simvolları ictimai varidatdırmı?

Art is either plagiarism or revolution (Paul Gauguin – Fransız post – impressionist rəssamı)

Musiqi haqqında mütəfəkkirlər, filosoflar bir-birindən dəyərli fikrilər səsləndiriblər. Keyfiyyətli və ruha yaxın musiqi həyatımızın hər anını müşayiət edir, rövnəqləndirir. Musiqi incəsənətin şahı, onun başlanğıc nöqtəsi hesab olunur. Konfutsiyə görə “Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin”. Elə bu məqamda musiqi haqqında danışmağa ara verib keçid edək musiqidə plagiatlığa. Plagiatçılıq nədir? Musiqidə plagiatçılığın əsas… Oxumağa davam et Art is either plagiarism or revolution (Paul Gauguin – Fransız post – impressionist rəssamı)

Bitki toxumları ixtira hesab oluna bilərmi?

Yay fəslinin olmazsa olmazı meyvə və tərəvəzlərdir: müxtəlif tərəvəz salatları, qarpız, yemiş və daha nələr nələr. Bəs Siz nə vaxtsa, meyvə və tərəvəzlərin, onların toxumlarının ixtira olduğunu düşünmüsünüz? Siz də “ixtira” sözünü eşidəndə təsəvvürünüzdə yalnız texnika, qurğu, kimyəvi maddələri canlandırırsınızsa, bu yazı sizin üçündür.   Əksər dünya dövlətlərinin qanunvericiliyində bitki müxtəlifliyi (eng. Plant variety) məhz bitki… Oxumağa davam et Bitki toxumları ixtira hesab oluna bilərmi?