Bir müddətlik fasilədən sonra bu yazımda müqavilə hüquqşünaslarının ən azı bir dəfə qarşılaşacağı praktiki məsələyə toxunmaq istəyirəm. Bloq yazısı həm gündəlik iş fəaliyyətimdə qarşılaşdığım, həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (bundan sonra ÜƏMT) əqli mülkiyyət hüququna həsr edilmiş yay məktəblərində öyrəndiklərimin ümumiləşdirməsindən ibarət olacaq. Azərbaycan Respublikasında araşdırdığım qədərilə məhkəmə mübahisələri daha çox əmtəə nişanı hüquq… Oxumağa davam et Proqram təminatına dair lisenziyalar: bəzi hüquqi risklər haqqında
Hər şeydən sonra…
04.08.2026 18:51 Bilirsən, Linda, mən *hər şey dedikdə, uzun müddət əmək verdiyin, gözünün yatmaq üçün yalvardığı, bədəninin və ruhunun yorğun düşdüyü anlarda səni hələ də ayaqda tutuan şeylərdən bəhs edirəm. Bu hər şeyin sonlandığı an (burada bir neçə saat və ya gün nəzərdə tutmuram, cəmi bir neçə dəqiqə sonra başlayan an) hiss etdiyim o böyük… Oxumağa davam et Hər şeydən sonra…
Rənglər təbiətin gülüşləridir…
Fərqindəyəm ki, bu bloqu bəzən təyinatından uzaq istifadə edirəm (hüquqla heç bir əlaqəsi olmayan gündəlik yazılarımı da tapa bilərsiniz), ancaq bu bəzən özümdə tarazlamağa çalışdığım məqsədə xidmət edir: çünki həyatım sadəcə peşəmdən ibarət deyil. Bu yazının başlığı ingilis esse yazarı Leigh Huntdan götürülüb, əslində təbiət mövzulu stiker qutumun üzərindəki yazını axtardıqda belə bir aforizmə rast… Oxumağa davam et Rənglər təbiətin gülüşləridir…
Əqli mülkiyyət və iqlim dəyişikliyi..
Əqli mülkiyyət hüquqları (bundan sonra - IP) ilk baxışda hüquqi kateqoriya olaraq görünür, çünki nə olmasa da, biz burada adı üstündə hüquqlardan bəhs edirik. Lakin məsələ bir hüquqdan daha böyükdür: belə ki, bu hüquqların toxunmadığı və yanından keçmədiyi insan fəaliyyət sahəsi yoxdur. IP həyatımızın hər küncündədir, bəzən küncdən çıxıb səmamıza, təbiətə, kosmosa (burada Yuri Qaqarin… Oxumağa davam et Əqli mülkiyyət və iqlim dəyişikliyi..
Əgər bir gün unutsan…
Anidən gələn kiçik qeydlər 🙂 Bir gün unutsan, bunu xatırla:Hər gün yayda günbatımını seyr edib çayını və ya qəhvəni yudumlaya biləcəyini;Yanından keçərkən heç önəmsəmədiyin ağacın yarpağını dərib onu herbariyə çevirə biləcəyini;Cansız bir kağız parçasına hislərinə töküb onu canlı bir varlığa çevirə biləcəyini və bir ömürlük ona həyat verə biləcəyini;Quşların canlı nəğməsinə qulaq asmaq imkanın olduğu… Oxumağa davam et Əgər bir gün unutsan…
Adsız.
Bəzən ad qoya bilmirsən, bir hissi, düşüncəni qəlibə sığdıra bilmirsən, məsələn fonda fransız şansonlarına qulaq asa-asa yağışın islatdığı və hələ də üzərində süzüldüyü pəncərə şüşəsinin, isti çayının buxarlanan anında yeni həftəyə qədəm qoyursan. Axşamdan yağışın çimizdirdiyi bir torpağa ayaq basmaq istəmirsən, yenicə açmış bənövşələrin ətrini duymaq istəsən, həmin anda anlayırsan ki, ətri bir az buxarlanıb,… Oxumağa davam et Adsız.
Patent ölüb, təklif yaşayır?
Bu yazımızda Avstraliya Federal Məhkəməsind6ə baxılmış Apotex Pty Ltd v Warner‑Lambert Company LLC (No 3) [2017] FCA 94 məhkəmə işindən bəhs edəcəyik. Bu məhkəmə işi özü patent hüququ çərçivəsində bir neçə məsələnin işıqlandırılmasına səbəb olub. İşin hallarını qısaca belə təsvir etmək olar: Pfizer-ə aid AU 714980 nömrəli patent, pregabalin (Lyrica) dərmanının müalicə üsulu üçün… Oxumağa davam et Patent ölüb, təklif yaşayır?
Üst-üstə düşməyən izlər ya cığır?
Metaforları çox sevirəm, insan zəkasının müqayisə etmək və oxşatmaq qabiliyyətinin həyat üçün nə qədər xilasedici olduğunu göstərdiyi üçün. Alınan hər nəfəsdə insanoğlu aldığı informasiyanı bir yerə toplayıb yuxarıdan baxanda onları vahidin zərrəcikləri olaraq görür, bu zərrəciklər onun hər formada yaşadıqlarını əks etdirir. Bəzən bu yaşanan anların fonunda biz onları heçə sayıb bizim üçün acı dolu… Oxumağa davam et Üst-üstə düşməyən izlər ya cığır?
Patent hüququnda məcburi lisenziya: inhisarçılığı məhdudlaşdırmaq cəhdi
Patent hüququ əqli mülkiyyət hüquqları içərisində zamanla daha çox müzakirə mövzusuna çevrilən, özünün hüquqi təbiətinə görə daha çox "inhisarçı" xarakterdə olan hüquqlardandır. Ümumilikdə, müstəsna hüquqlar əqli mülkiyət hüquqlarının bazasını təşkil etsə də, bu hüquqların təsiri patent hüququnda özünü daha sərt formada büruzə verir. Bu dəfə ölkəmiz üçün aktual olmasa da, dünya çapında, xüsusilə inkişaf etməkdə… Oxumağa davam et Patent hüququnda məcburi lisenziya: inhisarçılığı məhdudlaşdırmaq cəhdi
İstehlak bazarında keyfiyyət infrasturukturu: nə dərəcədə məlumatlıyıq? – II hissə
Keyfiyyət infrasturukturuna dair yazımızın birinci hissəsində (https://tutuip.law.blog/2025/11/01/istehlak-bazarinda-keyfiyy%c9%99t-infrastrurukturu-n%c9%99-d%c9%99r%c9%99c%c9%99d%c9%99-m%c9%99lumatliyiq/ ) standartlaşdırma və texniki tənzimləmədən bəhs etdik, lakin digər 2 halqa barədə danışmasam, ümumi mənzərəni təsəvvür etməkdə çətinlik çəkə bilərsiniz. Gəlin uyğunluğun qiymətləndirilməsindən başlayaq. Texniki reqlamentdə nəzərdə tutulan mallara dair bu fəaliyyəti “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar (bundan… Oxumağa davam et İstehlak bazarında keyfiyyət infrasturukturu: nə dərəcədə məlumatlıyıq? – II hissə
İstehlak bazarında keyfiyyət infrasturukturu: nə dərəcədə məlumatlıyıq? – I hissə
Hər nə qədər əqli mülkiyyət hüququna dair kiçik bloqlar yazsam da, bəzən işlədiyim sahə üzrə kolleqalarım və ya istehlakçıların məlumatının az olmasına təəssüf edirəm. Ona görə qərara aldım ki, bu dəfə keyfiyyət infrasturukturunun məzmunu və onun hər birimizin istehlakçı kimi həyatımızdakı rolundan bəhs edim. Keyfiyyət bloku özündə 4 böyük sahəni ehtiva edir: Standartlaşdırma;… Oxumağa davam et İstehlak bazarında keyfiyyət infrasturukturu: nə dərəcədə məlumatlıyıq? – I hissə