
Bəzən ad qoya bilmirsən, bir hissi, düşüncəni qəlibə sığdıra bilmirsən, məsələn fonda fransız şansonlarına qulaq asa-asa yağışın islatdığı və hələ də üzərində süzüldüyü pəncərə şüşəsinin, isti çayının buxarlanan anında yeni həftəyə qədəm qoyursan. Axşamdan yağışın çimizdirdiyi bir torpağa ayaq basmaq istəmirsən, yenicə açmış bənövşələrin ətrini duymaq istəsən, həmin anda anlayırsan ki, ətri bir az buxarlanıb, yağışda insan hislərinin bir az göylərə dalğalanması kimi. İnsanın müqayisəli həyata addım atması doğulduğu andan başlayır, uşağın rəngindən, burnundan tutumuş çəkisinə kimi, insan həyatının tərəziyə qoyulduğu anda onun həyatına başqa əllər uzanır, və bu əllər insan böyüdükcə onunla proporsional olmayan formada böyüyür.