Son dövrlərin trend mövzularından biri də “upcycling”dir. Bu, “recycling”, yəni təkrar emal deyil. “Upcycling” istifadə müddətini başa vurmuş əşyalara yeni nəfəs verməklə və ya onları digər əşyalarla kombinə etməklə hazırlanan yeni əşyadır. Upcycling mebel, moda, incəsənət sahələrində daha çox uğurlu formada təcəssüm olunur. Təbii ki, bu yeni yanaşma hüquqdan, xüsusilə əqli mülkiyyət hüquqlarından təsirsiz ötüşmür,… Oxumağa davam et “Upcycling”: yaşıl iqtisadiyyat və hüququn kəsişməsində bir nöqtə kimi
PATENT MÜHARİBƏLƏRİ: BAŞIBƏLALI SMARTFONLAR
Bu yazımızda iki texnologiya nəhəngi - Samsung və Apple arasında illərlə davam edən məhkəmə mübahisələrindən bəhs edəcəyik - daha doğrusu “patent müharibələrindən”. Mübahisənin detallarına keçid etməzdən öncə qeyd edim ki, mobil telefonlar, yəni smartfonlar sənaye nümunələri (AR-nın “Patent haqqında” Qanununa nəzərən) və dizayn patentləri ilə (ABŞ Patent Aktına əsasən) mühafizə olunur. Bəs sənaye nümunəsi (industrial… Oxumağa davam et PATENT MÜHARİBƏLƏRİ: BAŞIBƏLALI SMARTFONLAR
Olimpiya simvolları ictimai varidatdırmı?
Beynəlxalq Olimpiya Komitəsinin Əsasnaməsinə görə “olimpiya mülkiyyəti” dedikdə “olimpiya simvolları (olimpiya üzükləri), emblem, söz nişanlar, olimpiya oyunlarının maskotu (oyunları təmsil edən simvolik rəmz), olimpiya sözü,eləcə də bu sözlə əlaqəli digər terminologiya başa düşülür. Olimpiya simvolları olimpiya mülkiyyətinin bir növü kimi toxunulmazdır. Belə ki, simvollar dəyişdirilə və ya təhrif edilə bilməz. Burda olimpiya simvolları üzərində mənəvi… Oxumağa davam et Olimpiya simvolları ictimai varidatdırmı?
Art is either plagiarism or revolution (Paul Gauguin – Fransız post – impressionist rəssamı)
Musiqi haqqında mütəfəkkirlər, filosoflar bir-birindən dəyərli fikrilər səsləndiriblər. Keyfiyyətli və ruha yaxın musiqi həyatımızın hər anını müşayiət edir, rövnəqləndirir. Musiqi incəsənətin şahı, onun başlanğıc nöqtəsi hesab olunur. Konfutsiyə görə “Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin”. Elə bu məqamda musiqi haqqında danışmağa ara verib keçid edək musiqidə plagiatlığa. Plagiatçılıq nədir? Musiqidə plagiatçılığın əsas… Oxumağa davam et Art is either plagiarism or revolution (Paul Gauguin – Fransız post – impressionist rəssamı)
Bitki toxumları ixtira hesab oluna bilərmi?
Yay fəslinin olmazsa olmazı meyvə və tərəvəzlərdir: müxtəlif tərəvəz salatları, qarpız, yemiş və daha nələr nələr. Bəs Siz nə vaxtsa, meyvə və tərəvəzlərin, onların toxumlarının ixtira olduğunu düşünmüsünüz? Siz də “ixtira” sözünü eşidəndə təsəvvürünüzdə yalnız texnika, qurğu, kimyəvi maddələri canlandırırsınızsa, bu yazı sizin üçündür. Əksər dünya dövlətlərinin qanunvericiliyində bitki müxtəlifliyi (eng. Plant variety) məhz bitki… Oxumağa davam et Bitki toxumları ixtira hesab oluna bilərmi?
Karıştırdım tüm rengleri…
Bu bloq yazısını yazıçı Jonathan Mantlenin “Benetton” brendinə həsr etdiyi eyni adlı əsərdən - “Benetton”dan ilhamlanaraq rənglərə həsr etməyə qərar verdim. Bu yazımızda rənglərin sehrli dünyasına əqli mülkiyyət hüququ birlikdə səyahət edəcəyik. Rənglərin həyatımızda psixoloji təsirlərinin olduğu danılmazdır. Bəs rəngləri Femidanın tərəzisinə qoysaq nə baş verər? Gəlin birgə aydınlaşdırmağa çalışaq. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" AR-nın Qanununun 4-cü maddəsinə əsasən… Oxumağa davam et Karıştırdım tüm rengleri…
Tanınmaq hüququmuzu tanıyaq!
2000-ci illərin nəsillərinə üzərində Nazpəri Dostəliyevanın şəkli olan şokolad qutuları yəqin ki, tanışdır. İllər sonra bu şokoladlardan yemiş bir nəslin nümayəndəsi kimi bu mövzu ilə əlaqədar araşdırma aparıb bloq yazısı yazmaq məndə nostalji hisləri yenidən oyandırdı... Bu dəfə tanınmaq hüququndan danışacağıq. Keçək mövzuya. Tanınmaq hüququnun tarixi elə də uzaq keçmişə dayanmasa da, son dövrlərdə… Oxumağa davam et Tanınmaq hüququmuzu tanıyaq!
Bir smaylikin tarixçəsi
“Milyon dollarlıq smaylik” ifadəsi ilk baxışda Sizdətəəccüb doğura bilər. Amma onun ətrafında baş verən məhkəmə mübahisələri smaylikləri belə ciddi qəbul etməyimizə səbəb olur. Bu yazımda bir smayliklə bağlı 3 məhkəmə işi və smaylikin hüquqi qorunmasının müəlliflik hüququ və əmtəə nişanı aspektindən mümkünlüyündən bəhs edəcəm. Harvey Ball bir sığorta şirkətində işçilərin əhval-ruhiyyəsini yüksəltmək məqsədilə yaratdığı bu… Oxumağa davam et Bir smaylikin tarixçəsi
“BU YEMƏYİN MÜƏLLİFİ ÖZÜMƏM!”
İlk baxışdan bu başlığı məqaləmə seçməyim sizə təəccüblü gələ bilər, çünki bloqumun əsas məqsədi hüquqla insan yaradıcılığının kəsişdiyi nöqtədə hüquqi tənzimləmənin hansı formada aparılacağını araşdırmaqdır. Daha dəqiq desəm, əqli mülkiyyət hüququ aspektindən. Əksəriyyətimiz ən azı bir dəfə bu ifadəni eşitmişik: “İlk dəfə bu yeməyi mən hazırlamışam və ya yeməyin ideya müəllifi mənəm.” Kifayət qədər iddialı… Oxumağa davam et “BU YEMƏYİN MÜƏLLİFİ ÖZÜMƏM!”
Döymə (tatuirovka) müəlliflik hüququnun obyekti ola bilərmi?
Yəqin ki, məşhur idmançıları, futbol oyunçularının əksəriyyətini döyməsiz (tatu) təsəvvür etmək bir az sizə çətin gələcəkdir (Sizə olmasa da, mənə çətin görünür). Amma etiraf edək ki, müasir dövrdə bu cərgəyə qoşulanların sayı günü-gündən artır. Görüntü etibarilə döymə müxtəlif dizaynlarda edildikdə göz oxşayan bir sənət əsəridir. Əlbəttə ki, biz bu məqalədə döymənin estetik aspektindən deyil, hüquqi… Oxumağa davam et Döymə (tatuirovka) müəlliflik hüququnun obyekti ola bilərmi?