Döymə (tatuirovka) müəlliflik hüququnun obyekti ola bilərmi?

Yəqin ki, məşhur idmançıları, futbol oyunçularının əksəriyyətini döyməsiz (tatu) təsəvvür etmək bir az sizə çətin gələcəkdir (Sizə olmasa da, mənə çətin görünür). Amma etiraf edək ki, müasir dövrdə bu cərgəyə qoşulanların sayı günü-gündən artır. Görüntü etibarilə döymə müxtəlif dizaynlarda edildikdə göz oxşayan bir sənət əsəridir. Əlbəttə ki, biz bu məqalədə döymənin estetik aspektindən deyil, hüquqi aspektindən danışacağıq. Baxaq görək hüquq döyməyə necə yanaşır.

This image has an empty alt attribute; its file name is 9a45d91ef53411ae6d045329ae593948.jpg

Yəqin ki, məşhur idmançıları, futbol oyunçularının əksəriyyətini döyməsiz (tatu) təsəvvür etmək bir az sizə çətin gələcəkdir (Sizə olmasa da, mənə çətin görünür). Amma etiraf edək ki, müasir dövrdə bu cərgəyə qoşulanların sayı günü-gündən artır. Görüntü etibarilə döymə müxtəlif dizaynlarda edildikdə göz oxşayan bir sənət əsəridir. Əlbəttə ki, biməqalədə döymənin estetik aspektindən deyil, hüquaspektindən danışacağıq. Baxaq görək hüquq döyməyə necə yanaşı

This image has an empty alt attribute; its file name is image-26.png
This image has an empty alt attribute; its file name is 9a45d91ef53411ae6d045329ae593948.jpg

Tarixə qısa səyahət: Tarixdə ilk döymənin mumiyalanmış bədənlərə əsasən Neolit dövründə edildiyi ehtimal edilir. İlk döyməli mumiya 1991-ci ildə Ötztal Alp dağlarında tapılmışdır. Miladdan öncə 2000 il əvvələ aid Misir mumiyalarında da döymə aşikar olunmuşdur.

Bəs döymə nədir? Döymə, başqa sözlə tatu (azərbaycan dilində tatuirovka) Samoa dilindəki “tatoa” sözündən götürülüb, mənası “vurmaq, döyəcləmək” anlamına gəlir. Dünyaca məşhur və güvənilən amerikan elektron Marriem Webster  lüğətinin verdiyi anlayışa əsasən “Döymə- dərinin altına piqmentlər yerləşdirməklə yaranan silinməz işarə”dir. Göründüyü kimi döymənin əsas xüsusiyyəti olaraq silinməz olması qabardılır.

Döymənin müəlliflik hüququ ilə qorunması son illərdə daha mühüm xarakter almışdır. Çünki hələ də döymənin hüquqi statusu ilə bağlı fikirlər birmənalı deyildir. Sual doğuran bir sıra məqamlara diqqət yetirək və aydınlaşdırmağa çalışaq:

  Müəlliflik hüququ ilə qorunan obyektlər qanunla müəyyən olunmuş şərtlərə cavab verməlidir. Bu şərtlər

  • orijinallıq
  • obyektin qanunla müəyyən edilmiş əsərlər sırasına daxil olması
  •  əsərin ifadə formasıdır.

Döymənin hüquqi mühafizəsini təmin etmək istəyən döymə sənətkarı bu 3 şərtə əməl etdiyini sübut etməlidir. İlk növbədə döymə “əsər” hesab olunurmu? ”Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR-nın qanununun 3.2-ci maddəsinə əsasən əsər təsviri – rəsm, eskiz, şəkil, plan, cizgi və qrafik formada mövcud ola bilər. Bu halda döymə qanunla müəyyən edilmiş əsərlər sırasına daxil olaraq əsər statusu qazanır.

Problem döymənin orijinallığında və ifadə edilmə formasında meydana çıxır. Orijinal döymə necə olmalıdır? Altını çizərək qeyd edim ki, orijinallıq tatunun “yeni” olmasını özündə ehtiva etmir. Orijinallıq xüsusiyyəti nəzərdə tutur ki, döymə sənətkarı döymənin  rəsmini başqasından bilavasitə götürməsin, yəni onun yaradıcılığının məhsulu olsun. Bu şərt müəlliflik hüququnda minimal yaradıcılıq (a minimal amount of creativity) adlanır.

Qorunmanın digər tələbi isə ideyanın ifadə olunmasıdır – yəni, fiksasiya. Fiksasiya onu nəzərdə tutur ki, əsər müəyyən müddət ərzində stabillik, dayanıqlılıq xüsusiyyətinə malik olsun. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR-nın Qanunun 5-ci maddəsinə əsasən ”Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.” Göründüyü kimi qanunda fiksasiya edilmə obyektiv formanı özündə ehtiva edir. Bu o deməkdir ki, maddi aləmdə ideya özünün ifadə formasını təcəssüm etdirsin, yəni mövcudluq olsun. Çünki müəlliflik hüququ ideyanı deyil, onun ifadə formasını qoruyur. Məsələn, siz ətraf mühit problemlərini məhz quşların dililə əks etdirə biləcək bədii əsər yazmaq fikrindəsiniz. Bu fikri dostunuzla bölüşdükdən sonra dostunuz belə bir əsər yaratsa, müəlliflik hüququ sizə deyil, məhz dostunuza aid olacaq.

Bu şərti döyməyə tətbiq etsək, belə qənaətə gələrik, döymə ifadə olunma xüsusiyyətinə malikdir. Fiksasiya əsəri ictimaiyyətə nümayiş etdirmək və onun ötürülməsini imkan verir.

Amma bir məqam bizi saxlayır. Bilirik ki, döymə insan bədənində öz əksini tapır. Bədənin müəyyən hissəsində öz əksini tapmış döymə kifayət qədər stabillik və daimilik xüsusiyyətinə malikdir(Halbuki bu da mübahisəlidir). İnsanın bədəni döymənin ifadə olunma formasına stabillik xüsusiyyəti versə də, bu onun qorunmasını yenə şübhə altına alır, çünki bədənin məhz döymə olan hissəsinin zədələnməsi, məsələn döymə edilmiş qolun və  ya ayağın amputasiyası, eləcə də insanın ölümü halında döymənin hüquqi taleyi sual doğurur.

Digər tərəfdən müəlliflik hüququnun qorunma müdddəti standart olaraq müəllifin yaşadığı müddət və onun ölümündən sonrakı 70 ilə şamil edilir. Bu zaman artıq əsər obyektiv formada mövcud olmadığı halda bu qorunma müddəti döyməyə şamil ediləcəkmi? Beləliklə deyə bilərik ki, insan bədəni döymənin ifadə forması üçün uğurlu vasitə olsa da, məhz onun qorunmasının təminatı baxımından heç də uğurlu vasitə deyildir.

Mövzu ilə bağlı araşdırma edərkən, daha çox Amerika təcrübəsilə bağlı materiallar əldə edə bildim. Azərbaycan Respublikasında bununla bağlı hər hansı məhkəmə işi olmasa da, dünya məhkəmə təcrübəsində də döymənin leqal statusu ilə bağlı formalaşmış fikir və döymənin müəlliflik hüququnun obyekti olaraq tanınmasına dair məhkəmə qərarı yoxdur.

Ancaq “tattoo flash” adlanan döymə növü müəlliflik hüququ ilə qorunur. Bu bir növ hazır-çap olunmuş döymə dizaynlarının xüsusi aparat vasitəsilə insan bədəninə yeridilməsidir (Bəzi ölkələrdə “tattoo flash” hətta sənaye nümunəsinin xüsusi növü hesab edilir).


Yuxarıda vurğulanan bəzi ziddiyyətli məqamları bir kənara qoyub döyməni müəlliflik hüququnun obyekti olaraq qəbul etdik. Bəs döymə ilə bağlı hüquqlar kimə məxsus olacaq? Döymə sənətçisinə yoxsa üzərində döymə olunan şəxsə? Hər iki yanaşma praktiki olaraq özünü doğrulda bilib.

Birinci halda döymə üzərində hüquqlar ənənəvi olaraq onu yaradan və ya icra edən şəxsə məxsusdur. Qısacası: əsərin müəllifinə. Belə bir məqam da mümkündür: Dizayner döymənin dizaynını formalaşdırsın və bunu döyməni edə bilən şəxsə – icraçıya versin. Fikrimizcə, döymənin dizaynını verən şəxs müəlliflik hüququna, döyməni icra edən şəxs isə icraçı olaraq (performer) əlaqəli hüquqlara malik olacaq. Bu halda müəllifin onun icazəsi olmadan döymnin nüsxəsinin köçürülməsi, paylaşılması və ya digər formalarda istifadə olunması, hətta gələcəkdə döymənin silinməsi, dəyişdirilməsini qadağan edə bilər (Fikrimizcə, bu yanaşma insan azadlığını məhdudlaşdırdığı üçün effektiv yanaşma olaraq qəbul edilə bilməz. Bu ona bənzəyir ki, şəxsə ona məxsus mülkiyyətə sərəncam vermək – onu satmaq,təmir etmək və.s hüquqları qadağan edilir. Əlbəttə döymənin bir mülkiyyət olaraq qəbul edilib-edilməməsini nəzərə almasaq.) Bu kontekstə nəzərən Amerikan hüquqşünası Nimmerin fikrincə, “Tatu sanki məcburi köləlik nişanıdır”.

İkinci halda döymə ilə bağlı hüquqlar bədənində döymə edilən şəxsə məxsus olacaq. Belə olan təqdirdə şəxs həmin döymə dizaynının başqa şəxslər üzərində icra olunmasını döymə  sənətçisinə qadağan edə bilər.

  Solid Oak Sketches, LLC v. 2K Games (2016) məhkəmə işi tatu ilə bağlı məhdud keizlərdən biridir. Burada iddiaçı tərəf onlara məxsus tatunun video oyunda istifadə olunmasını korporasiyanın müəlliflik hüququnu pozduğunu iddia etdi. Belə ki, 2K Games korporasiyası basketbol oyunçusunun video oyununu hazırlamış və Solid Oak Sketches, LLC-nin etdiyi döymədə oyunçunun bədənində nümayiş olunmuşdu. Ancaq Solid Oak Sketches, LLC  idmançıyla lisenziya bağlanmış və tatunun ictimaiyyətdə nümayiş olunmasına dair icazə vermişdi. Bunu nəzərə alan məhkəmə konkret mübahisədə müəlliflik hüquq pozuntusu olmadığını, istifadənin ədalətli istifadə (fair use) və de-minimis (çox kiçik, minimal, əhəmiyyətsiz) xarakterli olduğu qənaətinə gəldi. Çünki video oyunu daha canlı və inandırıcı etmək üçün 2K Games şirkəti bütün detalları olduğu kimi vermək məcburiyyətində qalmışdı.

Kifayət qədər ziddiyyətli və xeyli suallar doğuran bu məqaləni Jonny Deepin sözü ilə bitirmək istəyirəm. Bədənim mənim gündəliyim, döymələrim isə hekayələrimdir”.

Can a tattoo be the subject of copyright?

It will probably be a little difficult for you to imagine famous athletes and most football players without tattoos. Tattooing is a work of art that looks good when done in different designs. Of course, in this article we will talk about the legal aspect of the tattoo, not the aesthetic aspect. Let’s see how he treats the law?

A Brief Journey into History: The first tattoos on history are believed to have been made in the Neolithic period, based on mummified bodies.

What is tattooing? Tattoo, in other words, is derived from the Samoan word “tatoa”, which means “to strike, to strike”. According to the world-famous American electronic dictionary Marriem Webster, dir. As you can see, the main feature of the tattoo is that it is indelible.

Copyright protection of tattoos p In recent years, it has become more important. Because opinions on the legal status of tattoos are still ambiguous.

Can tattoo be an object of copyright?

If protected by copyright, who will have the right to tattoo: a tattoo artist or a tattoo artist?

  Objects protected by copyright must meet the conditions established by law. These conditions

originality

inclusion of the object in the list of works established by law

 is a form of expression of the work.

A tattoo artist who wants to ensure the legal protection of a tattoo must prove that he has complied with these three conditions. Is tattooing considered a “work” in the first place? According to Article 3.2 of the Law of the Republic of Azerbaijan “On Copyright and Related Rights”, a work may exist in the form of drawings, sketches, drawings, plans, cartoons and graphics. In this case, forging acquires the status of a work by being included in the list of works defined by law.

The problem arises in the originality and form of expression of the tattoo. What should an original tattoo look like? Let me underline that originality does not mean that the tattoo is “new”. The feature of originality implies that the tattoo artist does not take a picture of the tattoo directly from someone else, that is, it is a product of his creativity. This condition is called a minimum amount of creativity in copyright.

Another requirement of protection is the expression of the idea – that is, fixation. Fixation means that the work has the character of stability, durability for a certain period of time. and applies to works of science, literature and art, both published and undisclosed, which are the result of creative activity and exist in an objective form, regardless of their content, as well as the form and method of expression. ” As can be seen, fixation in law has an objective form. This means that in the material world, an idea embodies its form of expression, that is, it exists. Because copyright protects the idea, not its form of expression. then if your friend creates such a work, the copyright will belong to your friend, not to you.

If we apply this condition to tattooing, we come to the conclusion that tattooing has the property of expression. Fixation allows the work to be shown to the public and transmitted.

But one point holds us back. We know that tattooing is reflected in the human body. Tattooing, which is reflected in a certain part of the body, is quite stable and permanent. (Although this is controversial). This is because the legal fate of a tattoo in the event of damage to the part of the body that is being tattooed, such as the amputation of a tattooed arm or leg, as well as the death of a person, is questionable.

On the other hand, the standard period of copyright protection is the standard period of the author’s life and 70 years after his death. In this case, if the work no longer exists in an objective form, will this period of protection apply to beating? Thus, we can say that although the human body is a successful means of expression, it is not a successful means of ensuring its protection.

While researching the subject, I was able to obtain more material on the American experience. Although there are no lawsuits in the Republic of Azerbaijan, there is no opinion in the world court on the legal status of tattoos and a court decision recognizing tattoos as copyright.

However, the so-called “tattoo flash” is protected by copyright. It is the introduction of ready-printed tattoo designs into the human body through a special device. (In some countries, “tattoo flash” is even considered a special type of industrial design.)

Leaving aside some of the contradictions mentioned above, we have accepted tattooing as an object of copyright. Who will have the rights to tattoo? To the tattoo artist or the person being tattooed on? Both approaches have proved their worth in practice.

In this case, the rights to the tattoo traditionally belong to the person who created or executed it. In short: to the author of the work. It is also possible that the designer forms the design of the tattoo and gives it to the person who can make the tattoo – the executor. It may prohibit the copying, sharing or other use of a copy of a tattoo, or even the removal or alteration of a tattoo in the future. In this context, according to the American lawyer Nimmer, “a tattoo is a sign of forced slavery.”

In this case, the rights related to the tattoo will belong to the person who was tattooed on his body. In this case, the person may prohibit the tattoo artist from performing the tattoo design on other persons.

Solid Oak Sketches, LLC v. The 2K Games (2016) lawsuit is one of a limited number of cases involving tattoos. The plaintiff alleges that the use of their tattoos in a video game infringes the corporation’s copyright. However, Solid Oak Sketches, LLC had a license with the athlete and allowed the tattoo to be shown to the public. , minimal, insignificant) came. Because to make the video game more lively and convincing, 2K Games had to give all the details as they are.

I would like to end this article, which is quite controversial and raises a lot of questions, with the words of Jonny Deep. “My body is my diary, and my tattoos are my stories.”

“Döymə (tatuirovka) müəlliflik hüququnun obyekti ola bilərmi?” üçün 3 şərh

Bir şərh yazın