Bu gün bloqumun 1 yaşı tamam olur. 1 il bundan öncə ilk yazımı yayımlayaraq özümə 8 Mart hədiyyəsi etmişdim. Düşündüm ki, bu gün - 8 Mart üçün elə qadınlardan yazım. Çoxumuz elmdə, texnologiyada kişilərin daha çox ixtiraya sahib olduğunu düşünürük. Lakin “Qadınların ixtiraçılığı aclığı və soyuğu hiss etmək qədər qədimdir” deyən Danimarkanın Qadınlar Muzeyinin Direktoru… Oxumağa davam et İxtiraçı qadınlar silsiləsindən…
Müəllif: tutuip@law.blog
Bir könül sındırmışam…
Məni tanıyanlar retro musiqi aşiqi olduğumu bilirlər. Xüsusilə də həvəskar kimi (amateur) bir mahnını bir neçə müğənninin səsində dinləyib analiz etmək mənə yeni səslər kəşf etməmə vəsilə olur. Hüquq tələbəsi olduqdan sonra ixtisasımdan irəli gələn xüsusiyyətdən yoxsa milli incəsənətini, mədəni incilərini qoruyan vətənpərvərlik hissiyyatımdan dolayımı musiqiləri dinlədikcə daha fərqli aspektdən yanaşıram. Musiqiləri əvvəllər yalnız hisslərimlə… Oxumağa davam et Bir könül sındırmışam…
“Upcycling”: yaşıl iqtisadiyyat və hüququn kəsişməsində bir nöqtə kimi
Son dövrlərin trend mövzularından biri də “upcycling”dir. Bu, “recycling”, yəni təkrar emal deyil. “Upcycling” istifadə müddətini başa vurmuş əşyalara yeni nəfəs verməklə və ya onları digər əşyalarla kombinə etməklə hazırlanan yeni əşyadır. Upcycling mebel, moda, incəsənət sahələrində daha çox uğurlu formada təcəssüm olunur. Təbii ki, bu yeni yanaşma hüquqdan, xüsusilə əqli mülkiyyət hüquqlarından təsirsiz ötüşmür,… Oxumağa davam et “Upcycling”: yaşıl iqtisadiyyat və hüququn kəsişməsində bir nöqtə kimi
PATENT MÜHARİBƏLƏRİ: BAŞIBƏLALI SMARTFONLAR
Bu yazımızda iki texnologiya nəhəngi - Samsung və Apple arasında illərlə davam edən məhkəmə mübahisələrindən bəhs edəcəyik - daha doğrusu “patent müharibələrindən”. Mübahisənin detallarına keçid etməzdən öncə qeyd edim ki, mobil telefonlar, yəni smartfonlar sənaye nümunələri (AR-nın “Patent haqqında” Qanununa nəzərən) və dizayn patentləri ilə (ABŞ Patent Aktına əsasən) mühafizə olunur. Bəs sənaye nümunəsi (industrial… Oxumağa davam et PATENT MÜHARİBƏLƏRİ: BAŞIBƏLALI SMARTFONLAR
Olimpiya simvolları ictimai varidatdırmı?
Beynəlxalq Olimpiya Komitəsinin Əsasnaməsinə görə “olimpiya mülkiyyəti” dedikdə “olimpiya simvolları (olimpiya üzükləri), emblem, söz nişanlar, olimpiya oyunlarının maskotu (oyunları təmsil edən simvolik rəmz), olimpiya sözü,eləcə də bu sözlə əlaqəli digər terminologiya başa düşülür. Olimpiya simvolları olimpiya mülkiyyətinin bir növü kimi toxunulmazdır. Belə ki, simvollar dəyişdirilə və ya təhrif edilə bilməz. Burda olimpiya simvolları üzərində mənəvi… Oxumağa davam et Olimpiya simvolları ictimai varidatdırmı?
Art is either plagiarism or revolution (Paul Gauguin – Fransız post – impressionist rəssamı)
Musiqi haqqında mütəfəkkirlər, filosoflar bir-birindən dəyərli fikrilər səsləndiriblər. Keyfiyyətli və ruha yaxın musiqi həyatımızın hər anını müşayiət edir, rövnəqləndirir. Musiqi incəsənətin şahı, onun başlanğıc nöqtəsi hesab olunur. Konfutsiyə görə “Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin”. Elə bu məqamda musiqi haqqında danışmağa ara verib keçid edək musiqidə plagiatlığa. Plagiatçılıq nədir? Musiqidə plagiatçılığın əsas… Oxumağa davam et Art is either plagiarism or revolution (Paul Gauguin – Fransız post – impressionist rəssamı)
Bitki toxumları ixtira hesab oluna bilərmi?
Yay fəslinin olmazsa olmazı meyvə və tərəvəzlərdir: müxtəlif tərəvəz salatları, qarpız, yemiş və daha nələr nələr. Bəs Siz nə vaxtsa, meyvə və tərəvəzlərin, onların toxumlarının ixtira olduğunu düşünmüsünüz? Siz də “ixtira” sözünü eşidəndə təsəvvürünüzdə yalnız texnika, qurğu, kimyəvi maddələri canlandırırsınızsa, bu yazı sizin üçündür. Əksər dünya dövlətlərinin qanunvericiliyində bitki müxtəlifliyi (eng. Plant variety) məhz bitki… Oxumağa davam et Bitki toxumları ixtira hesab oluna bilərmi?
Karıştırdım tüm rengleri…
Bu bloq yazısını yazıçı Jonathan Mantlenin “Benetton” brendinə həsr etdiyi eyni adlı əsərdən - “Benetton”dan ilhamlanaraq rənglərə həsr etməyə qərar verdim. Bu yazımızda rənglərin sehrli dünyasına əqli mülkiyyət hüququ birlikdə səyahət edəcəyik. Rənglərin həyatımızda psixoloji təsirlərinin olduğu danılmazdır. Bəs rəngləri Femidanın tərəzisinə qoysaq nə baş verər? Gəlin birgə aydınlaşdırmağa çalışaq. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" AR-nın Qanununun 4-cü maddəsinə əsasən… Oxumağa davam et Karıştırdım tüm rengleri…
Tanınmaq hüququmuzu tanıyaq!
2000-ci illərin nəsillərinə üzərində Nazpəri Dostəliyevanın şəkli olan şokolad qutuları yəqin ki, tanışdır. İllər sonra bu şokoladlardan yemiş bir nəslin nümayəndəsi kimi bu mövzu ilə əlaqədar araşdırma aparıb bloq yazısı yazmaq məndə nostalji hisləri yenidən oyandırdı... Bu dəfə tanınmaq hüququndan danışacağıq. Keçək mövzuya. Tanınmaq hüququnun tarixi elə də uzaq keçmişə dayanmasa da, son dövrlərdə… Oxumağa davam et Tanınmaq hüququmuzu tanıyaq!
Bir smaylikin tarixçəsi
“Milyon dollarlıq smaylik” ifadəsi ilk baxışda Sizdətəəccüb doğura bilər. Amma onun ətrafında baş verən məhkəmə mübahisələri smaylikləri belə ciddi qəbul etməyimizə səbəb olur. Bu yazımda bir smayliklə bağlı 3 məhkəmə işi və smaylikin hüquqi qorunmasının müəlliflik hüququ və əmtəə nişanı aspektindən mümkünlüyündən bəhs edəcəm. Harvey Ball bir sığorta şirkətində işçilərin əhval-ruhiyyəsini yüksəltmək məqsədilə yaratdığı bu… Oxumağa davam et Bir smaylikin tarixçəsi