Bəlkə də daha cəlbedici bir başlıq da tapmaq olardı, (bunu oxuduqdan sonra yazının sonunda qeyd edə bilərsiniz) ancaq əsas kontentdə fikrimin açıq anlaşılacağına əminəm. Bu dəfə müəlliflik hüququ və patent hüququnun kəsişəcəyi yer barədə danışmaq istəyirəm. Söhbət müəlliflik hüququ ilə qorunan futuristik şəkillərdən gedir, həmin şəkillərdə gördüyümüz ideyalar bir zamanlar şəkillərdə olsa, artıq günümüzün reallığına… Oxumağa davam et İxtiraçı Donald Duck?
Müəllif: tutuip@law.blog
Hüquqşünasların bəsirət gözü: “Art of noticing”ə gedən yol
Bu dəfəki yazımız digər bloqlardan fərqli olaraq hər hansı hüquqi məsələyə həsr olunmayacaq. Əvəzində bir az hüquq, bir az incəsənət, bir az da fəlsəfə abu-havalı yazı oxuyacaqsınız. Onu da qeyd edim ki, yazdıqlarım təcrübəmə əsaslanan şəxsi fikirlərimdir. Hüquqşünasların bəlkə də üzləşdiyi ən komik durumlardan biri hansı sənəd olursa-olsun ona baxıb münasibət bildirilməsinin xahiş edilməsidir. Sözsüz,… Oxumağa davam et Hüquqşünasların bəsirət gözü: “Art of noticing”ə gedən yol
Müqavilələrdə keyfiyyət göstəriciləri və tətbiqi
Təcrübədə imzalanan alqı-satqı və bu qəbildən olan digər müqavilələrdə məhsulun keyfiyyət göstəricilərinə dair müddəalara yer verilir. Bunun ən bəsit örnəyi kimi məhsulun milli və beynəlxalq standartlara və digər texniki-normativ sənədlərdə müəyyən edilmiş tələblərə uyğun formada istehsal edilməsi tələbidir. Məsələn, müqavilədə aşağıdakı məzmunda Satıcının öhdəliyinin müəyyən edilməsi mümkündür: “Satıcı məhsulun (malın, işin, xidmətin) Azərbaycan Respublikasında… Oxumağa davam et Müqavilələrdə keyfiyyət göstəriciləri və tətbiqi
Qədim Roma prinsipləri – Lex loci delicti yoxsa lex loci protectionis?
Bir müddət fasilə verdikdən sonra yenidən bloquma qayıtmaq mənə xoş oldu. Mövzunu isə bir dostumun verdiyi sual ətrafında düşünüb və araşdırıb yazmaq qərarına gəldim: əqli mülkiyyət mübahisələrində yurisdiksiya. Yazının məqsədinin daha da aydın olması üçün öncə aşağıdakı 2 istiqaməti nəzərinizə çatdırmaq istərdim: Əqli mülkiyyət mübahisəsinin Azərbaycan Respublikasında baş verdiyi, mübahisə tərəflərinin Azərbaycan rezidenti olduğu və… Oxumağa davam et Qədim Roma prinsipləri – Lex loci delicti yoxsa lex loci protectionis?
Proqram təminatına dair lisenziyalar: bəzi hüquqi risklər haqqında
Bir müddətlik fasilədən sonra bu yazımda müqavilə hüquqşünaslarının ən azı bir dəfə qarşılaşacağı praktiki məsələyə toxunmaq istəyirəm. Bloq yazısı həm gündəlik iş fəaliyyətimdə qarşılaşdığım, həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (bundan sonra ÜƏMT) əqli mülkiyyət hüququna həsr edilmiş yay məktəblərində öyrəndiklərimin ümumiləşdirməsindən ibarət olacaq. Azərbaycan Respublikasında araşdırdığım qədərilə məhkəmə mübahisələri daha çox əmtəə nişanı hüquq… Oxumağa davam et Proqram təminatına dair lisenziyalar: bəzi hüquqi risklər haqqında
Əqli mülkiyyət obyektlərindən istifadə və vergi məsələləri. Royalti.
Bu dəfəki bloq yazımızda obyekti əqli mülkiyyət olan kommersiya əməliyyatlarında verginin tutulması və köçürülməsindən bəhs edəcəm. Ümumiyyətlə, qanunvericilikdə əqli mülkiyyət obyektlərinin vergi, gömrük, idxal-ixrac əməliyyatına dair xüsusi tələblər təsbit edilmişdir. Bununla bağlı ilk növbədə vergi tutulmalarından danışacağıq. Anlayışı - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13-cü maddəsinin 2.23-cü bəndinə əsasən, “Royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri,… Oxumağa davam et Əqli mülkiyyət obyektlərindən istifadə və vergi məsələləri. Royalti.
Bioetika və patent qarşıdurması: “Faydalı” siçan
Bioetika və patent qarşıdurması: “Faydalı” siçan Bəhs edəcəyim mövzuya keçid etməzdən öncə anlayış formalaşdırmaq naminə fəlsəfə cərəyanlardan biri olan "faydaçılıq - utilitaryanizmin nə olduğunu izah etmək istəyirəm. Buna səbəb haqqında düşündüyüm, nəzəri və təcrübi cəhətdən məni maraqlandıran bir hüquqi kateqoriyanın kökünün fəlsəfi cərəyana bağlı olmasıdır. Faydaçılıq nədir? Terminin yaranması filosof Jeremy Benthama bağlıdır, bununla belə… Oxumağa davam et Bioetika və patent qarşıdurması: “Faydalı” siçan
Hüquq, etika və komplayens üçlüyü. Komplayens hüququn özüdürmü?
Bu dəfə əqli mülkiyyət hüququndan uzaqlaşıb korporativ hüquq çərçivəsində müzakirə edilən komplayensdən bəhs edəcəm. Bu yazının məqsədi komplayens haqqında ümumi təsəvvür formalaşdırmaqdan və hüquq mədəniyyəti ilə qarşılıqlı əlaqəsini müəyyən etməkdən ibarətdir (Məlumatlar isə onlayn kursdan öyrəndiklərim, həmçinin araşdırdığım bir neçə mənbənin kombinasiyasından ibarət olacaq). Komplayensə Azərbaycan Respublikasının qanunvericiliyində leqal analayış bu formada verilib: “Komplayens… Oxumağa davam et Hüquq, etika və komplayens üçlüyü. Komplayens hüququn özüdürmü?
Mətbəximdə bir qaşıq “elm” var: Molekulyar qastronomiya nədir?
“Əqli mülkiyyət hardadır?” kimi sadə suala 2 il öncə cavab versəydim cavabım bu formada olardı: “Kitablarda, filmlərdə, məişət texnikasında, əmtəə nişanında”. Yəqin ki, cavabım bundan artıq olmazdı. İndi isə “Ətrafımızda gördüyümüz az qala hər şeydə əqli mülkiyyət var" deyə cavab verə bilərəm. Əziz oxucu! Bəlkə də gördüyün şəkil sənə hansısa cizgi filmindəki sehrli iksiri… Oxumağa davam et Mətbəximdə bir qaşıq “elm” var: Molekulyar qastronomiya nədir?
“Intellectual Property in the Healthcare Industry” kursundan nələr öyrəndim?
Bu yaxınlarda ABŞ-ın Penn Universitetinin “İntellectual property law in the healthcare” adlı kursuna pulsuz qoşulub bitirmək imkanı əldə etmişdim. Kursu tamamladıqdan sonra kursda mövzu ilə bağlı yeni öyrəndiyim məlumatları paylaşmağın faydalı olacağını düşündüm. Onu da deyim ki, bu bloqu böyük həvəslə yazdım, çünki bu kurs çox uzun müddətdən sonra bloquma yeni nəfəs verməyimə səbəb oldu.… Oxumağa davam et “Intellectual Property in the Healthcare Industry” kursundan nələr öyrəndim?