Bu yazımızda Avstraliya Federal Məhkəməsind6ə baxılmış Apotex Pty Ltd v Warner‑Lambert Company LLC (No 3) [2017] FCA 94 məhkəmə işindən bəhs edəcəyik. Bu məhkəmə işi özü patent hüququ çərçivəsində bir neçə məsələnin işıqlandırılmasına səbəb olub. İşin hallarını qısaca belə təsvir etmək olar: Pfizer-ə aid AU 714980 nömrəli patent, pregabalin (Lyrica) dərmanının müalicə üsulu üçün… Oxumağa davam et Patent ölüb, təklif yaşayır?
Müəllif: tutuip@law.blog
Üst-üstə düşməyən izlər ya cığır?
Metaforları çox sevirəm, insan zəkasının müqayisə etmək və oxşatmaq qabiliyyətinin həyat üçün nə qədər xilasedici olduğunu göstərdiyi üçün. Alınan hər nəfəsdə insanoğlu aldığı informasiyanı bir yerə toplayıb yuxarıdan baxanda onları vahidin zərrəcikləri olaraq görür, bu zərrəciklər onun hər formada yaşadıqlarını əks etdirir. Bəzən bu yaşanan anların fonunda biz onları heçə sayıb bizim üçün acı dolu… Oxumağa davam et Üst-üstə düşməyən izlər ya cığır?
Patent hüququnda məcburi lisenziya: inhisarçılığı məhdudlaşdırmaq cəhdi
Patent hüququ əqli mülkiyyət hüquqları içərisində zamanla daha çox müzakirə mövzusuna çevrilən, özünün hüquqi təbiətinə görə daha çox "inhisarçı" xarakterdə olan hüquqlardandır. Ümumilikdə, müstəsna hüquqlar əqli mülkiyət hüquqlarının bazasını təşkil etsə də, bu hüquqların təsiri patent hüququnda özünü daha sərt formada büruzə verir. Bu dəfə ölkəmiz üçün aktual olmasa da, dünya çapında, xüsusilə inkişaf etməkdə… Oxumağa davam et Patent hüququnda məcburi lisenziya: inhisarçılığı məhdudlaşdırmaq cəhdi
İstehlak bazarında keyfiyyət infrasturukturu: nə dərəcədə məlumatlıyıq? – II hissə
Keyfiyyət infrasturukturuna dair yazımızın birinci hissəsində (https://tutuip.law.blog/2025/11/01/istehlak-bazarinda-keyfiyy%c9%99t-infrastrurukturu-n%c9%99-d%c9%99r%c9%99c%c9%99d%c9%99-m%c9%99lumatliyiq/ ) standartlaşdırma və texniki tənzimləmədən bəhs etdik, lakin digər 2 halqa barədə danışmasam, ümumi mənzərəni təsəvvür etməkdə çətinlik çəkə bilərsiniz. Gəlin uyğunluğun qiymətləndirilməsindən başlayaq. Texniki reqlamentdə nəzərdə tutulan mallara dair bu fəaliyyəti “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar (bundan… Oxumağa davam et İstehlak bazarında keyfiyyət infrasturukturu: nə dərəcədə məlumatlıyıq? – II hissə
İstehlak bazarında keyfiyyət infrasturukturu: nə dərəcədə məlumatlıyıq? – I hissə
Hər nə qədər əqli mülkiyyət hüququna dair kiçik bloqlar yazsam da, bəzən işlədiyim sahə üzrə kolleqalarım və ya istehlakçıların məlumatının az olmasına təəssüf edirəm. Ona görə qərara aldım ki, bu dəfə keyfiyyət infrasturukturunun məzmunu və onun hər birimizin istehlakçı kimi həyatımızdakı rolundan bəhs edim. Keyfiyyət bloku özündə 4 böyük sahəni ehtiva edir: Standartlaşdırma;… Oxumağa davam et İstehlak bazarında keyfiyyət infrasturukturu: nə dərəcədə məlumatlıyıq? – I hissə
25.10.2025 bir gündəlik kimi payız günü….
Burada hislərimi ifadə etməyi sevdim, lakin buna adət etmiş deyiləm. Yazdıqlarım sonradan bir dünya olur, dünyama yenidən nəzər salmağıma səbəb olur. Payızın elə bir günüdür ki - şənbə. 14:02. Havanın günəş və bulud qarışıq zərifliyi məni çox sakitləşdirir, dinləmə bacarığımı artırır. Heç bir narahatlığın yoxdur, sanki hamısı qeybə çəkilib. Sanki ruhum doyub, çox toxdur, adətən… Oxumağa davam et 25.10.2025 bir gündəlik kimi payız günü….
İki hobbim bir arada: fotomüsabiqə şərtləri müəllif müqaviləsidirmi?
Fotoqrafiya: insan ruhunun görə bildiyini başqalarının da görməyini istəməsi üçün bir fəryaddır. Bu fəryad özündə təəssüf ki, həm acını, həm də xoşbəxtlikdən sevinci və sevgini ehtiva edir. Yox, yox, qəmli notlarla başlamaq istəmirəm, lakin fotoqrafiya barədə düşüncəmi ifadə etmədən mövzuya keçid etmək istəmədim. Bu dəfəki yazımda 2 əsas hobbim: yazmaq və fotoşəkil çəkməyin… Oxumağa davam et İki hobbim bir arada: fotomüsabiqə şərtləri müəllif müqaviləsidirmi?
Ruhumun sorağında…
Şənbə günüdür, 09.08.2025-ci il tarixi, saat 19:17, balkona filmə baxmaq ümidilə çıxmışdım, lakin olmadı, daha doğrusu təxirə saldım. Pinterestimi açıb film təkliflərinə baxanda elə özümün də film kimi həyata sahib olduğumu düşünüb çaydanı isinmək üçün yandırdım. Balkona axşamtərəfi təxmini 5-dən sonra çıxdıqda xüsusilə yay günlərində məni qəribə bir ruh halı bürüyür, çox vaxt daxilimdə düşünürəm,… Oxumağa davam et Ruhumun sorağında…
31.05.2025
Bəlkə bunu yeni challenge edim özüm üçün, yox, yox, challenge mənə çətinlik kimi gəlir, uzunmüddətli məcburən sadiq qalmaq, amma həyat dəyərimə çevirdikdə daha böyük anlamlar qazanır... Bəlkə hər ayın sonunda aylıq hesbat bloqumu burada paylaşım?! Hələ də qərar vermiş hesab edilmərəm. Yaya sayılı günlər qala bu bloqu yazıram, doğrusu illərdir düşündüyümü və sosial medianın təsirilə… Oxumağa davam et 31.05.2025
Tətbiqi sənət əsəri
Hər dəfə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – Qanun) müəlliflik hüququnun obyektlərinə baxanda özüm üçün yeni əsər növü kəşf edirəm. Bu dəfəki yazımda həmin obyektlər arasında diqqətimi çəkən tətbiqi sənət əsəri barədə bəhs etmək istəyirəm. “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası” da tətbiqi sənət əsərlərini ədəbi və bədii əsərlərin… Oxumağa davam et Tətbiqi sənət əsəri