Üst-üstə düşməyən izlər ya cığır?

Metaforları çox sevirəm, insan zəkasının müqayisə etmək və oxşatmaq qabiliyyətinin həyat üçün nə qədər xilasedici olduğunu göstərdiyi üçün. Alınan hər nəfəsdə insanoğlu aldığı informasiyanı bir yerə toplayıb yuxarıdan baxanda onları vahidin zərrəcikləri olaraq görür, bu zərrəciklər onun hər formada yaşadıqlarını əks etdirir. Bəzən bu yaşanan anların fonunda biz onları heçə sayıb bizim üçün acı dolu xatirə olaraq xatırlamaq belə istəmirik, lakin anidən anlayırsan ki, elə səbəblər məhz onlar imiş, bu kiçik-kiçik toplanan zərrəciklər. Mən zərrələri sevirəm, fitrətimdən dolayı bəzən mən də onları görməzdən gəlirəm, onların mən olduğunu anladıqdan sonra daha da qayğı ilə yanaşmağa başlayıram. Bəzən gözündən yanaqlarına doğru yuvarlanan o damlalar məhz sənin bardağının dolmaqda olduğunu göstərir, bəzən ən xoş anında birisi sənə uzaqdan gözləri ilə sevgisini ötürür, bəzən isə heç nə olmamış kimi bir küncdə dayanıb çayını içərkən onu düşünürsən. Mən hara gedirəm? Bu sualı insan özünə verdikcə, dəridən-qabıqdan soyulur, çünki məhz bu sual insanın üzünə “sillə” kimi çəkilir. Hər ayın, həftənin əvvəlində bu sualı özünə verəndə insan donub qalır, bəzən ən ali hədəflərin belə, çatdığın uğurlar belə sənin gözündə zərrəcik olur…

Nə qədər nihilist düşüncələr olsa da, həyatın sənin üçün bir xəzinədir, başlı-başlı xəzinə. Bu xəzinəyə haradan daxil olub onu tapmağın bəzə sənə çox müşkül görünə bilər, lakin dayansan, bunu görəcəksən. Bər-bəzəksiz, sadə guşəndə (ya da buna özün qərar ver hansı guşədə oturacağını). Dayan 2 dəqiqəlik və sadəcə nəfəs al, başla yazmağa. Elə dəhşətlər görəcəksən ki, mən nə istəyirəm, hara gedirəm deyə yazıb hərflərin necə oynadığını görəndə. Gözünün qarşısında rəqs edib səni sakitləşdirməyə çalışırlar, onlara minnətdarlığını bildir.

Bir şərh yazın