25.10.2025 bir gündəlik kimi payız günü….

Burada hislərimi ifadə etməyi sevdim, lakin buna adət etmiş deyiləm. Yazdıqlarım sonradan bir dünya olur, dünyama yenidən nəzər salmağıma səbəb olur.

Payızın elə bir günüdür ki – şənbə. 14:02. Havanın günəş və bulud qarışıq zərifliyi məni çox sakitləşdirir, dinləmə bacarığımı artırır. Heç bir narahatlığın yoxdur, sanki hamısı qeybə çəkilib. Sanki ruhum doyub, çox toxdur, adətən gözü-könlü tox deyirlər, deyəsən məndə “ruh” toxluğu yaranıb, buna təəccüblənirəm. Çünki illərlə həftəsonları nəsə planlamaq və arzulamaqla keçib həyatım, lakin bu qorxuludurmu? Bəlkə bu rahatlamaq üçün dayandığım dayanacaqdır? ÖZümə belə haqq qazandırıram, düşünmürəm ki, artıq arzulamıram, sadəcə bunu hər an etməyi dayandırmışam.

Zaman keçdikcə anlayıram ki, bilmədiklərimə görə özümü günahlandırmıram, axına düşüb gedirəm bəzən. Ancaq əksərən özümdəyəm, hələ də hara gedəcəyimi axtarıram. Və bu payız da ruhumu bağrına basıdğı üçün ona minnətdaram həmişəki kimi.

Uzaqdan günəşin şəfəqləri altında oyun oynayan uşaqların səsi gəlir, bəzən sevincdən yaranan çığırtıları uğultu kim igəlir, günün ikinci yarısına doğru getdikcə havanın soyuqluğunu hiss etməyə başlayırsan. Bilirsən, qəlbin necə genişlənir? Bu hiss sənə də mi tanışdır? Bu hissi hər gün yaşamaq istərdim, hər gün, hər an və onda həyat gözünə artıqlaması ilə xoş görünərdi…buna əminəm, dostum, qəlbini genişlət…

Bir şərh yazın