31.05.2025

Bəlkə bunu yeni challenge edim özüm üçün, yox, yox, challenge mənə çətinlik kimi gəlir, uzunmüddətli məcburən sadiq qalmaq, amma həyat dəyərimə çevirdikdə daha böyük anlamlar qazanır…

Bəlkə hər ayın sonunda aylıq hesbat bloqumu burada paylaşım?! Hələ də qərar vermiş hesab edilmərəm.

Yaya sayılı günlər qala bu bloqu yazıram, doğrusu illərdir düşündüyümü və sosial medianın təsirilə insanlarda yaranan o “özlem” hissini, elə heey axtarışa məcbur hiss edirsən, daima yenilik etməlisən ki, köhnəlmiş hiss etməyəsən. İnstagramın reelslərini aşağı sürüklədikcə öz ruhumun da sürükləndiyini hiss edirəm, çox təəssüf ki. Buna son qoymaq vaxtının gəlib çıxdığını düşünürəm.

Hər şey idealdır, qızların çəkisi, forması, insanlar hər həftəsonu gəzir, yeni məkanlardan paylaşımlar edir, hamının “başını qatmağa nə isə” məşğuliyyəti var. Bəlkə mən tənbələm ya səyahət etmək imkanlarım yoxdur deyə özümlə vətəndaş müharibəsinə çıxmağın astanasındayam.

Havanın necə açılmasını, necə də qaralmasını bu gün öz gözlərimlə şahidi oldum, “Little women” izlərkən bəzi şeyləri yenidən xatırladım, hara baxırsan trend, trend, akım, hətta reelslər belə beynimdə oxunmağa başlarkən bir anlıq Türkan, dur dedim özümə, artıq yay gəlir, indi hansı trendin içərisində özünü hiss edirsən?!!!

May ayı axıb gedərkən onun günlərinə sığdırdığım anlar çox oldu, lakin bu ayda yene o trendlərə məruz qaldım, ona görə günün və ayın sonunda bu çox yaxşı oldu. Bəs SƏNin həyatın nədən ibarətdir? Trend yoxsa özünün inşa etdiyin bir həyata sahibsən?

Məqsədim sosial şəbəkələrin tamamən mənfi bir alət olduğu vurğulamaq deyil, heç deyil, çünki hər bir var olan nəsnənin qəpiyi 2 üzü kimi 2 üzü var: mənfi və müsbəti.

Ola bilər ki, hamının xarici ölkələrə – Maldivlərə, İtaliyaya, Antalyaya və ya başqa adını çəkəndə sehrinə düşdüyümüz ölkələrə səfər etdiyini, istirahət videolarını paylaşdığını görürsən, ya da görəcəksən. Ancaq sən bunların heç birini edə bilmirsən, bəlkə də övladı yeni dünyaya gəlmiş bir anasan, bəlkə rayonların birində işləməkdən rəngi qaralmış bir gəncsən, bəlkə maddi vəsaitim buna yetmir, bəlkə anası erkən yaşda dünyasını dəyişmiş ailənin məişət qayğılarını çiyninə götürmüş balaca bir qızsan??? O qədər səbəblər var ki, hər bir bu fürsətlərə çatımlılığı olmayan insanların sayı qədər bəlkə…

Ancaq əmin olduğum bir şey var ki, həyatda heç nə və heç nə kənardan göründüyü kimi deyil, qətiyyən deyil.

Qalıcı şeylər inşa etmək – artıq biz bunu özümüz üçün bir challenge olaraq görürük, çünki hər çabanın nəticəsini qısa müddətə əldə etməyə o qədər alışıldıq ki…Məsələn, bir neçə ay öncə rəfiqələrimdən biri mənə şiddətlə bir kosmetik vasitə almağı tövsiyə etdi, hətta almadığım dövrdə vicdan əzabı çəkib özümə qarşı qıyımsızlıq etdiyimi düşündüm…lakin bir neçə gün öncə öyrəndim ki, sən demə məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olan hal kimi onun telefon keizi ilə birlikdə təqdim edilməsiymiş. Nəhayət bir dərin nəfəs aldım.

Və sonda özüməmmi, yoxsa mənə yüklənilən obrazmı?

Bir şərh yazın