Olimpiya simvolları ictimai varidatdırmı?

Beynəlxalq Olimpiya Komitəsinin Əsasnaməsinə görə “olimpiya mülkiyyəti” dedikdə “olimpiya simvolları (olimpiya üzükləri), emblem, söz nişanlar, olimpiya oyunlarının maskotu (oyunları təmsil edən simvolik rəmz), olimpiya sözü,eləcə də bu sözlə əlaqəli digər terminologiya başa düşülür.

Olimpiya simvolları olimpiya mülkiyyətinin bir növü kimi toxunulmazdır. Belə ki, simvollar dəyişdirilə və ya təhrif edilə bilməz. Burda olimpiya simvolları üzərində mənəvi hüquqlar – moral rights öz əksini tapmış olur.

Olimpiya simvolları Beynəlxalq Olimpiya Komitəsinin müstəsna mülkiyyətindədir. Olimpiya simvollarından kommersiya məqsədilə istifadə etmək niyyətində olan şəxs mütləq Komitənin razılığını yazılı formada almalıdır.

Simvollardan “fair use” – ədalətli istifadə konsepsiyası çərçivəsində istifadəyə yol verilir. KİV-lər reportaj yayımlayarkən informasiya vermək məqsədilə simvolları illustrasiya olaraq istifadə edə bilərlər. Nayrobi müqaviləsində də buna dair müddəa öz əksini tapıb: “Olimpiya simvolundan Olimpiya hərəkatına və ya Olimpiya hərəkatı çərçivəsində keçirilən tədbirlərə dair informasiya vermək məqsədilə kütləvi informasiya vasitələrində istifadə olunduğu halda, bu Müqavilənin iştirakçısı olan dövlətlərdən heç biri bu simvoldan istifadəyə qadağa qoymağa borclu deyil.”

Bununla yanaşı istifadənin qadağan edildiyi hallar da müəyyən edilib: hər hansı brendi, məhsulu, xidməti reklam etmək, satışını artırmaq məqsədilə simvollardan istifadə yol verilməzdir.

Bu qadağa eynilə fotoqraflar üçün də keçərlidir. Fotoqraf  çəkdiyi şəkillərdən yalnız xəbər yayımlamaq məqsədilə istifadə edə bilər. Çəkilən şəkillər rəngli və hərəkətli animasiyaların (gif) yaradılması zamanı istifadə oluna bilməz.

Digər bir məhdudiyyət mobil applikasiyaların ikonu olaraq olimpiya simvollarından istifadə ilə bağlıdır. Simvolla yanaşı olimpiya, olimpiya oyunları (olympic/olympics/ olympics games/olympiad) kimi sözlərdən istifadə də edilə bilməz.

RIO 2016 YAY OLIMPIYA OYUNLARININ MASKOTU
YAPONİYA 2020 OLİMPİYA OYUNLARININ MASKOTU
SOÇİ 2014 OLİMPİYA OYUNLARININ MASKOTU

Nayrobi müqaviləsinə olimpiya simvollarının hüquqi statusunu müəyyən etməklə üzv dövlətlərin öhdəliyini müəyyən edir. Belə ki, dövlətlər Olimpiya simvolundan ibarət olan və ya tərkibində bu simvol olan hər hansı nişanın qeydiyyatından imtina etməli və ya onun nişan kimi qeydiyyatını etibarsız saymalı və başqa işarələrin, ondan kommersiya məqsədləri üçün nişan və ya başqa işarə kimi istifadəsinə müvafiq yollarla qadağalar qoymalıdır.

Maraqlıdır ki, müqavilənin 3-cü maddəsilə üzv dövlətlərin bu öhdəliyinin yerinə yetirilməsinin dayandırılması imkanı da müəyyən edilib: Əvvəla olimpiya simvolunun istifadə olunmasına dair Beynəlxalq Olimpiya Komitəsi ilə üzv dövlətin Milli Olimpiya Komitəsi arasında  Olimpiya simvolundan istifadəyə razılıq verməsinə dair müqavilə bağlanılır, lakin Beynəlxalq Olimpiya Komitəsinin əldə etdiyi hər hansı gəlirdə Milli Olimpiya Komitəsinin payına dair hər hansı saziş qüvvədə olmadığı müddətdə istənilən vaxt istifadəyə dair öhdəliyin yerinə yetirilməsi həmin dövlət tərəfindən dayandırılmış hesab edilə bilər.

  Beynəlxalq Olimpiya Komitəsinin Nizamnaməsində müəyyən edildiyi kimi, Simvol anlayışı və onun qrafik təsviri Əlavədə verilmişdir. Olimpiya simvolu bir-birinə keçmiş beş həlqədən ibarətdir mavi, sarı, qara, yaşıl və qırmızı rəngli həlqələr soldan sağa göstərilən ardıcıllıqla düzülür. O, Olimpiya həlqələrindən ibarət olub bir və ya müxtəlif rənglərdə təsvir edilir.

Bəs hansı hallarda simvolların nişan olaraq qeydiyyatl mümkündür? Nayrobi müqaviləsinin 2-ci maddəsi “Öhdəlikdən istisnalar” adlanır. İstisnalar aşağıdakı kimidir:

  • Olimpiya simvolundan ibarət olan və ya tərkibində bu simvol olan istənilən nişan, müqavilənin hər hansı dövlət qüvvəyə mindiyi tarixə qədər qeydiyyata alınmışsa;
  • Yuxarıda qeyd edildiyi öhdəliyin üzv dövlət tərəfindən yerinə yetirilməsinin dayandırılmış hesab edildiyi istənilən dövrdə qeydiyyata alınmışsa;
  • Olimpiya simvolundan ibarət olan və ya tərkibində bu simvol olan istənilən nişanın və ya başqa işarənin üzv dövlətdə istənilən şəxs və ya müəssisə tərəfindən kommersiya məqsədləri üçün istifadəsinin davam etməsi; bir şərtlə ki, belə şəxs və ya müəssisə həmin dövlətdə həmin nişan və ya işarədən qanuni yolla istifadə etməyə, bu Müqavilənin həmin dövlətə aid qüvvəyə mindiyi tarixə qədər və ya  öhdəliyin həmin dövlət tərəfindən yerinə yetirilməsinin dayandırılmış hesab edildiyi istənilən dövrdə başlamış olsun.

Yuxarıdakı müddəalardan aydın olur ki, müqavilə onu ratifikasiya etməyən dövlətlər üçün istifadəyə qadağa qoymaqla bağlı öhdəlik yaratmır. Müqavilə ratifikasiya edilənə qədər tərkibində simvollar olan məhsulların satışı, istehsalı davam etdirilə bilər.

İCAZƏ VERİLƏN FORMALAR

İsitifadə olunmuş mənbələr:

  1. Olimpiya simvolunun qorunması haqqında” 1981-ci il tarixli NAYROBİ MÜQAVİLƏSİ
  2. Editorial use of the Olympic Properties by media organisations-https://stillmed.olympic.org/Documents/THE%20IOC/IOC_guide_media_web%2029.11.13.pd

English version of the article

Are Olympic symbols a public asset?
According to the Statute of the International Olympic Committee, “Olympic property” means the Olympic symbols (Olympic rings), emblems, badges, the mascot of the Olympic Games (a symbolic symbol representing the Games), the Olympic word, as well as other terminology related to this word.
Olympic symbols are inviolable as a form of Olympic property. Thus, the characters cannot be changed or distorted. Moral rights are reflected here on the Olympic symbols.
Olympic symbols are the exclusive property of the International Olympic Committee. Anyone wishing to use the Olympic symbols for commercial purposes must obtain the written consent of the Committee.
The use of symbols is allowed within the concept of “fair use”. The media can use symbols as illustrations to provide information when reporting. The Nairobi Treaty also states: “If the Olympic symbol is used in the media to inform the Olympic Movement or events within the framework of the Olympic Movement, none of the States Parties to this Treaty shall be obliged to prohibit the use of this symbol.”
At the same time, there are cases when the use is prohibited: the use of symbols to promote any brand, product, service, increase sales is not allowed.
This ban also applies to photographers. The photographer may use the photos only for news purposes. Captured images cannot be used to create color and animated gifs.
Another limitation is the use of Olympic symbols as icons for mobile applications. In addition to the symbol, words such as olympic, olympic / olympics / olympics games / olympiad) cannot be used.

The Nairobi Treaty defines the obligations of member states by determining the legal status of Olympic symbols. Thus, States shall refuse to register or invalidate the registration of any sign containing or containing the Olympic symbol and shall prohibit the use of other signs as a mark or other symbol for commercial purposes.
Interestingly, Article 3 of the agreement also provides for the possibility of suspension of this obligation by member states: First, an agreement is signed between the International Olympic Committee and the National Olympic Committee on the use of the Olympic symbol, but the International Olympic Committee The performance of the obligation to use the National Olympic Committee at any time during the period of non-validity of any agreement on its share in any income may be deemed suspended by that State.
As defined in the Charter of the International Olympic Committee, the concept of the Symbol and its graphic description are given in the Appendix. The Olympic symbol consists of five interlocking rings. The blue, yellow, black, green, and red rings are arranged in a sequence from left to right. It consists of Olympic rings and is depicted in one or different colors.
But in what cases is it possible to register as a symbol of symbols? Article 2 of the Nairobi Treaty is entitled “Exemptions from Liability”. Exceptions are as follows:
Any badge containing or containing an Olympic symbol has been registered before the date on which the treaty enters into force in any State;
If it is registered in any period during which the above-mentioned obligation is considered suspended by the Member State;
The continued use of any mark or other symbol consisting of or containing the Olympic symbol for commercial purposes by any person or entity in a Member State; provided that such person or enterprise has begun to use that mark or mark legally in that State before the date on which this Treaty enters into force for that State or at any time during which that obligation is deemed to have been suspended by that State.
It is clear from the above provisions that the treaty does not create an obligation to prohibit use for states that have not ratified it. Until the agreement is ratified, the sale and production of products containing the symbols may be continued.

Sources used:

  1. NAIROBI AGREEMENT on the protection of the Olympic symbol was adopted on Sept

Bir şərh yazın