Art is either plagiarism or revolution (Paul Gauguin – Fransız post – impressionist rəssamı)

Musiqi haqqında mütəfəkkirlər, filosoflar bir-birindən dəyərli fikrilər səsləndiriblər. Keyfiyyətli və ruha yaxın musiqi həyatımızın hər anını müşayiət edir, rövnəqləndirir. Musiqi incəsənətin şahı, onun başlanğıc nöqtəsi hesab olunur. Konfutsiyə görə “Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin”. Elə bu məqamda musiqi haqqında danışmağa ara verib keçid edək musiqidə plagiatlığa.

Plagiatçılıq nədir? Musiqidə plagiatçılığın əsas meyarları nələrdir? Gəlin birgə araşdıraq.

 “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanunun əvvəlki versiyasının 4-cü maddəsində plagiatın leqal anlayışı verilsə də, sonradan həmin hissə qanundan çıxarıldı. Əvvəlki versiya belə idi: “plagiatçılıq – əsərin başqa şəxsin adı altında tam və ya qismən açıqlanması, yəni özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə nəşr etdirməsi, yaxud özgənin müəllifliyini mənimsəmə və ya mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçürməklə yeni əsərin yaradılması, bu cür əsərlərin yenidən dərc edilməsi, qəzet, jurnal məqalələrinin və yayım təşkilatları üçün verilişlərin hazırlanması, habelə şərikli müəllifliyə məcbur etmə”dir. Qanunda anlayış olmasa da, plagiat dedikdə dərhal ağla gələn “ideya və ya fikir oğurluğu” başqa sözlə “sivil oğurluq” olur. Sanki plagiat edən şəxs başqasının əqli məhsulunu “özününkü” kimi təqdim edir. Klişe olaraq “pul gəlir və gedir, nüfuz isə əbədidir”.

   Musiqidə plagiatın müəyyən edilməsi üçün bir sıra meyarlar ödənilməlidir:

İlk növbədə mahnılar arasında əhəmiyyətli oxşarlıq (substantial similarity) olmalıdır. Oxşarlıq müxtəli səbəblərdən asılı olaraq dəyişir:

  • Şüurlu şəkildə edilmiş oxşarlıq
  • Təsadüfən edilmiş oxşarlıq

Oxşarlıq amilinin müəyyən edilməsində digər nəzərə alınan məqam ondan ibarətdir ki, plagiat olduğu iddia edilən musiqinin bəstəkarı və yazıçısının orijinal musiqiyə əlçatımlılığı (access to music) olubmu ya yox. Məsələn, Afrika qəbiləsinin sakinlərin Hollivud musiqilərinə əlçatımlılığı yoxdur, lakin ABŞ musiqiçiləri yerli xalqın musiqilərini mənimsəyərək öz adlarına dünyaya təqdim ediblər.

Çatımlılıq konkret situasiyada musiqidən faydalana bilmək imkanını da nəzərdə tutur. Kütləvi informasiya vasitələri ilə yayımlanan musiqiyə çatımlılıq daha tez və asan təmin olunur.

Digər tərəfdən şəxsin müəyyən yaş dövründə dinlədiyi musiqinin onun yaddaşına həkk olunub irəliləyən dövrlərdə onun yaradıcılığına yansıması  mübahisə doğuran məsələ olaraq qalır. Cavab birmənalı deyildir: çünki bu hal həm də təsirlənmə, ilhamlanma (influence) olaraq da başa düşülə bilər ki, bunu isə sübut etmək kifayər qədər çətindir. Musiqi vakuumda – boşluqda bəstələnə bilməz, yaradıcılıq istənilən kiçik detaldan belə ilhamlanmanın nəticəsi olaraq meydana gələ bilər.

Bu məqamda Rod Cadkinsin “Yaradıcı düşünmə sənəti” kitabından bir sitatı gətirmək yerinə düşərdi: “Yaradıcı işlərin hamısı özündən əvvəlkilərin üzərində qurulub. Kimsə işini orijinal adlandırırsa, üzərində olan təsirdən xəbərsizdir”.

Əhəmiyyətli oxşarlıq özünü musiqinin melodiyası, harmoniyası və ritmində göstərir.

  • Melodiya- musiqinin tonudur.
  • Harmoniya- notların ahəngdarlığıdır
  • Ritm- musiqinin sürət tempidir.

Musiqi plagiatında əsas diqqət melodiyaya yönəldilir.

  Maraqlıdır ki, ABŞ təcrübəsində məhkəmələr plagiatı müəyyən etmək filtrləmə test (filtration test) metodunu yaradıblar: Bu metod nəinki melodiya , ritm oxşarlığını, həmçinin mahnılar arasında konsepsiya və mövzu oxşarlığını (total concept) da müəyyən etməyə yönəlir.

K E İ Z   H Ə D İ Y Y Ə S İ

  Dünyaca məşhur müğənni Taylor Swiftin “Shake it off” mahnısını dinləməyən çox az insan tapılar. Mahnı kütlə tərəfindən o qədər rəğbətlə qarşılandı ki, kimsə onun plagiat olması barədə düşünmədi. Lakin 2018-ci ildə Taylor Swiftin 2014-cü il tarixli “Shake it off” mahnısının 2001-ci ildə 3LW qrupu tərəfindən ifa edilmiş “Players Gon’ Play”  mahnısından plagiat olduğu iddia edildi. Hər iki mahnının nəqarətində “the players gonna play” və “the haters gonna hate” cümlələrindən istifadə olunmuşdu. 2018-ci ildə Federal Məhkəmənin çıxardığı qərara əsasən musiqinin yazıçıları Sean Hall and Nathan Butler yuxarıdakı ifadələrə öz “möhürlərini vura bilməmişdilər”. Çünki ABŞ pop musiqisində bu tipli ifadələr 2001-ci ilə qədər də istifadə olunmuş və bu kütləvi hal alaraq şablona çevrilmişdi.

This image has an empty alt attribute; its file name is image-1.png

 

 Həqiqətən adıçəkilən mahnıları dinləsəniz, nəqarət hissəsində eyni ifadələrin təkrar olunduğunu müşahidə edə bilərsiniz.”Shake it off” mahnısında “the players gonna play, play, play, play “ şəklində cümlələr təkrarlanır. Plagiat halının təsdiqlənməsi üçün oxşar ifadələrdən istifadə olunmaqla yanaşı, həm də melodik səslənməyə də diqqət yetirilməlidir. Qeyd etmək lazımdır ki, müəlliflik hüququnda qısa ifadələr, sloqanlar qorunmadığı üçün mahnıda bu cümlələrin istifadəsi onun ümumi məzmununa təsir etmir. Plagiatçılıq bütövlükdə nəzərdən keçirilir.

   Digər bir iddia isə Jesse Grahamın “Haters gonna hate” adlı mahnısından əsas götürülərək qaldırıldı. Bilavasitə mahnı bu cümlə ilə adlanırdı. Lakin iddia sözdə iddia olaraq qaldı. Hər hansı məhkəmə çəkişməsi olmadı.

  Deməli, plagiatın təsdiqlənməsi üçün təkcə mahnının sözləri və melodiyasının oxşarlığı əsas meyar deyil. Musiqidə bəzən “tipikləşmiş”, “qəlibləşmiş” girişlər, nəqarətlər və ritmlərin olması labüddür: bu halda plagiatın mövcud olmadığı qənaətinə gəlmək olar.

Bu yazımı Volfhanq Amadey Motsartın aşağıdakı şeiri ilə sonlandırmaq istəyirəm:

Duyğularımı şeirlərlə anlada bilmərəm, çünki şair deyiləm;

Özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm;

Düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm.

Lakin bunların hamısını musiqi ilə edə bilərəm.

İstifadə olunmuş mənbələr

  1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR-nın qanunu
  2. https://www.youtube.com/watch?v=nfWlot6h_JM
  3. http://cdn.ca9.uscourts.gov/datastore/memoranda/2019/10/28/18-55426.pdf
  4. Musical Plagiarism: A True Challenge for the Copyright Law Musical Plagiarism: Iyar Stav -https://via.library.depaul.edu/jatip/vol25/iss1/2 Volume 25 Issue 1 Fall 2014
  5. https://www.pinterest.com/pin/539657967823899262/
  6. https://www.youtube.com/watch?v=h6mCXUicu18

Thinkers and philosophers voiced valuable opinions about music. Quality and soulful music accompanies and enriches every moment of our lives. Music is the king of art, its starting point. According to Confucius, “If you want to know the character of a nation, listen to the music of that nation.” At this point, let’s stop talking about music and move on to plagiarism in music.

What is plagiarism? What are the main criteria for plagiarism in music? Let’s find out now.

 Although Article 4 of the previous version of the Law on Copyright and Related Rights provided a legal definition of plagiarism, this part was later removed from the law. The previous version was as follows: “Plagiarism is the full or partial disclosure of a work under another person’s name, ie the publication of another’s scientific, literary, artistic or other work under one’s own name, or the appropriation of another’s work or the work without specifying the source or author creation of a new work by copying a part of it, republishing such works, preparation of newspaper, magazine articles and programs for broadcasting organizations, as well as co-authorship ”. Although there is no definition in the law, plagiarism is the “theft of an idea or thought” that immediately comes to mind, in other words, “civil theft.” It is as if a plagiarist presents someone else’s mental product as “his own.” As a cliché, money comes and goes, and prestige is eternal.

   A number of criteria must be met to identify plagiarism in music:

First of all, there must be substantial similarity between the songs. The similarity varies depending on various reasons:

Another factor to consider in determining the similarity factor is whether the composer and writer of the alleged plagiarized music had access to the original music. For example, the inhabitants of the African tribe do not have access to Hollywood music, but American musicians have adopted the music of local people and introduced it to the world under their own names.

Accessibility also means being able to take advantage of music in a specific situation. Access to music broadcast through the media is faster and easier.

On the other hand, the fact that the music a person listens to at a certain age is engraved in his memory and reflected in his work in later years remains a matter of controversy. The answer is ambiguous: because it can also be understood as influence, which is quite difficult to prove. Music cannot be composed in a vacuum, creativity can be the result of inspiration from any small detail.

At this point, it would be appropriate to quote from Rod Cadkins’ book The Art of Creative Thinking: “All creative work is based on its predecessors. If someone calls his work original, he is unaware of the impact on him.

Significant similarity manifests itself in the melody, harmony and rhythm of music.

Melody is the tone of music.

Harmony is the harmony of notes

Rhythm is the speed of music.

Music plagiarism focuses on melody.

  Interestingly, in the US practice, courts have developed a filtering test to identify plagiarism: This method aims to determine not only the similarity of melody and rhythm, but also the concept and total similarity of songs.

EDITOR’S NOTE

  There are very few people who do not listen to the world-famous singer Taylor Swift’s song “Shake it off”. The song was so well received by the audience that no one thought it was plagiarism. However, in 2018, it was claimed that Taylor Swift’s 2014 song “Shake it off” was a plagiarism from the 2001 song “Players Gon ‘Play” performed by 3LW. Both songs used the phrases “the players gonna play” and “the haters gonna hate.” In 2018, the Federal Court ruled that music writers Sean Hall and Nathan Butler could not “seal” the above statements. Because this type of expression was used in American pop music until 2001, and it became popular and became a template.

If you really listen to these songs, you can see that the same phrases are repeated in the refrain. In addition to using similar expressions to confirm plagiarism, attention should also be paid to melodic pronunciation. It should be noted that the use of these sentences in the song does not affect its general content, as short phrases and slogans are not protected by copyright. Plagiarism is considered as a whole.

   Another lawsuit was filed based on Jesse Graham’s song “Haters gonna hate.” The song was called by this sentence. However, the lawsuit remained a so-called lawsuit. There was no litigation.

  So, the similarity of the lyrics and melody of the song is not the only criterion for confirming plagiarism. It is inevitable that music sometimes has “typical”, “stereotyped” introductions, refrains and rhythms: in this case, it can be concluded that plagiarism does not exist.

I would like to end this article with the following poem by Wolfgang Amadeus Mozart:

I cannot express my feelings in poetry, for I am not a poet;

I can’t express myself with shadows and lights because I’m not an artist;

I can’t express my thoughts in actions, because I’m not a dancer.

But I can do all this with music.

Bir şərh yazın