Bitki toxumları ixtira hesab oluna bilərmi?

Yay fəslinin olmazsa olmazı meyvə və tərəvəzlərdir: müxtəlif tərəvəz salatları, qarpız, yemiş və daha nələr nələr. Bəs Siz nə vaxtsa, meyvə və tərəvəzlərin, onların toxumlarının ixtira olduğunu düşünmüsünüz? Siz də “ixtira” sözünü eşidəndə təsəvvürünüzdə yalnız texnika, qurğu, kimyəvi maddələri canlandırırsınızsa, bu yazı sizin üçündür.  

Əksər dünya dövlətlərinin qanunvericiliyində bitki müxtəlifliyi (eng. Plant variety) məhz bitki patentləri ilə qorunur (Plant patent). Bizim ölkədə bu sahə AR-nın “Seleksiya nailiyyətləri haqda” Qanunu ilə tənzimlənir və qanunda bitki patentləri deyil, seleksiya nailiyyətləri (selection achievements) anlayışından istifadə olunur. Qanuna əsasən “seleksiya nailiyyətləri — seleksiya işi nəticəsində yaradılmış, cəmiyyət üçün faydalı bitki sortları, onların hibridləri, xəttləri, krossları və klonları”dır.

Qanun bizə imkan verir ki, elmi tədqiqat nəticəsində əldə etdiyimiz bitki sortlarına patent alıb onun üzərində leqal monopoliyaya malik olaq. Məsələn yeni pomidor sortu yaradıb ona patent almaq istəyirsiniz. Bəs hansı şərtlər altında bu mümkün ola bilər?

“Patent haqqında” AR-nın Qanununa əsasən, ixtira – istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllərdir. Yeni, ixtira səviyyəli olan (bəlli olmayan) və sənayedə tətbiq edilə bilən (faydalı) ixtira obyektinə hüquqi mühafizə verilir. Deməli bitki toxumları da qanunla müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə patentlə mühafizə edilə bilər. Ancaq “Seleksiya nailiyyətləri haqda” Qanun bitkilərin patentlə qorunması üçün əlavə kriteriyalar da müəyyən edir. Belə ki Qanunun 3-cü maddəsinə əsasən, seleksiya nailiyyətlərinin patent qabiliyyəti şərtləri aşağıdakılardır:

  1. Yenilik- Patent almaq üçün müraciət etdiyiniz tarixə qədər AR ərazisində  sizin yaratdığınız pomidor sortu 1 il, xarici dövlətlərdə isə 4 il müddətində başqa şəxsə satmamış və ya istifadəyə verməyibsinizsə, sizin pomidor sortunuz  yeni hesab olunur.
  2. Fərqlilik – Sizin seleksiya nailiyyətiniz  digər mövcud seleksiya nailiyyətlərindən (artıq mövcud olan pomidor sortlarından) aydın fərqlənməlidir. Yəni məlum seleksiya nailiyyətinin rəsmi kataloqda, məlumat fondunda və ya nəşrlərin birində dəqiq təsviri olmalıdır.
  3. Oxşarlıq – Yaratdığınız sortda pomidor bitkisinə xas genotip (irsi əlamətlərin məcmusu) və fenotip (xarici görünüş) əlamətlər olmalıdır. Məsələn, xromosom sayı (genotip) və rəngi (qırmızı və ya çəhrayı), forması (yumru və ya oval) . QEYD: Sual yarana bilər ki, son illər qara pomidor, kvadrat qarpız, ürək formalı balqabaq və bu kimi görməyə alışmadığımız formalarda meyvə və tərəvəzlər görürük. Bu kimi hallarda diqqət seleksiya nailiyyətinin “Genotip” xüsusiyyətini, yəni əsas irsi əlamətlərini qoruyub saxlamasına yönəldilir.
  4. Sabitlik – Pomidorun toxumunu bir neçə dəfə əkdikdən sonra o, öz təsvirinə uyğun olmalıdır. Çünki patent almaq üçün müraciət etdiyiniz zaman siz müəllifi olduğunuz bitki sortunun aydın təsvirini verməlisiniz.

Yuxarıda toxunduğumuz məqamlar kifayət qədər qulağa xoş səslənsə də, günümüzdə özü ilə bərabər bir çox problemləri də gətirir. Çünki minilliklər boyu toxum, bitkilər bəşəriyyətin “ortaq sərvəti” hesab edilib və bitkilər üzərində iddia edilən “mülkiyyət hüququ” olmayıb. Dövrümüzdə əqli mülkiyyət hüquqları bəşəriyyətin “ortaq sərvəti”ni “şəxsiləşdirməyə” yönəlik vasitə olaraq istifadə edilir. Bunun əsasında isə neoliberal yanaşmaların gətirdiyi “şəxsi mənfəət yönümlü” iqtisadi rejim dayanır.

 Patentlə hüquqi mühafizə bitki fondunun zənginləşməsinə səbəb olsa da, nəticədə bitkinin genotip dəyişikliyə məruz qalması deməkdir.

Xüsusilə də bitki toxumlarına patent verilməsi əkinçilərin toxumlardan istifadə etməsi, onun əkin üçün növbəti ilə saxlanması patent hüquq pozuntusu hesab edilərək məsuliyyət yaradır. Bu məqsədlə Avropada “No patent on seeds” (Toxum patentlərinə yox) hərəkatı uzun illər mübarizə aparır.Hərəkatın əsas məqsədi Avropa İttifaqı dövlətlərində bitki toxumlarının genetik modifikasiyaya uğramasının və toxumların patentlə mühafizəsinin qarşısını almaqdan ibarətdir.

NO PATENT ON SEEDS

İstifadə edilmiş mənbələr:

1.http://e-qanun.az/framework/3733– “Seleksiya nailiyyətləri haqqında” AR-nın qanunu

2.”Patent haqqında” AR-nın qanunu

3.https://www.no-patents-on-seeds.org/en/start

4.(PDF) TARIMDA NEOLİBERAL MÜLKSÜZLEŞTİRME: TOHUM PATENTLERİ … //www.academia.edu › 34557668 › TARIMDA_NEOLİBERAL

Can plant seeds be considered an invention?

Fruits and vegetables are a must for the summer: a variety of vegetable salads, watermelons, berries and more. Have you ever thought that fruits and vegetables and their seeds were invented? If you hear the word “invention” and imagine only techniques, devices, chemicals, this article is for you.

In the legislation of most countries of the world, plant variety is protected by plant patents. In our country, this area is regulated by the Law of the Republic of Azerbaijan “On Selection Achievements” and the law uses the concept of selection achievements, not plant patents. According to the law, “selection achievements – plant varieties created as a result of selection work, useful to society, their hybrids, lines, crosses and clones.”

The law allows us to obtain patents for plant varieties obtained as a result of scientific research and have a legal monopoly on them. For example, you want to create a new tomato variety and get a patent for it. Under what conditions is this possible?

According to the Law of the Republic of Azerbaijan “On Patents”, an invention is a technical solution related to a product or method in any field. Legal protection is granted to a new, invention-level (unknown) and industrially applicable (useful) invention. Therefore, plant seeds can also be protected by a patent if they meet the requirements established by law. However, the law “On selection achievements” also sets additional criteria for patent protection of plants. Thus, according to Article 3 of the Law “On Selection Achievements”, the conditions of patentability of selection achievements are as follows:

Novelty – If you have not sold or put into use the tomato variety you created in the territory of the Republic of Azerbaijan for 1 year before the date of applying for a patent, and in foreign countries for 4 years, your tomato variety is considered new.

Difference – Your selection achievement should be clearly different from other existing selection achievements (existing tomato varieties). That is, a known selection achievement must be accurately described in an official catalog, database, or publication.

Similarity – The variety you create must have a genotype (set of hereditary traits) and a phenotype (appearance) that are specific to the tomato plant. For example, chromosome number (genotype) and color (red or pink), shape (round or oval). NOTE: The question may arise that in recent years we have seen black tomatoes, square watermelons, heart-shaped pumpkins, and fruits and vegetables in shapes we are not accustomed to seeing. In such cases, attention is focused on the preservation of the “genotype” feature of the selection achievement – the main hereditary traits.

Stability – After sowing tomato seeds several times, it should be in accordance with its description. Because when you apply for a patent, you must provide a clear description of the plant variety you are the author of.

Although the above points are quite pleasant to the ear, they bring with them many problems today. Because for millennia, seeds and plants have been considered the “common wealth” of mankind and have not been the “property rights” claimed on plants. Today, intellectual property rights are used as a means to “personalize” the “common wealth” of mankind. At the heart of this is the “self-interest” economic regime brought about by neoliberal approaches.

 Although patent protection enriches the plant fund, it means that the plant is subject to genotypic change.

In particular, the granting of patents for plant seeds, the use of seeds by farmers, and its subsequent storage for planting, is considered a violation of patent law. To this end, the No Patent on Seeds movement in Europe has been fighting for many years. The main goal of the movement is to prevent the genetic modification of plant seeds and patent protection of seeds in the European Union.

Bir şərh yazın