
“Milyon dollarlıq smaylik” ifadəsi ilk baxışda Sizdətəəccüb doğura bilər. Amma onun ətrafında baş verən məhkəmə mübahisələri smaylikləri belə ciddi qəbul etməyimizə səbəb olur. Bu yazımda bir smayliklə bağlı 3 məhkəmə işi və smaylikin hüquqi qorunmasının müəlliflik hüququ və əmtəə nişanı aspektindən mümkünlüyündən bəhs edəcəm.
Harvey Ball bir sığorta şirkətində işçilərin əhval-ruhiyyəsini yüksəltmək məqsədilə yaratdığı bu smaylikin sonradan bir neçə məhkəmə mübahisəsinə səbəb olacağını bilmirdi..


Hadisə necə baş verdi?
Hər şey gülən üz smaylikinin 1963-cü ildə Harvey Ball tərəfindən dizayn edilməsilə başladı…
Walmart vs Loufrani işi
Belə ki uzun illlər boyu Walmart adlı ABŞ korporasiyası xidmətləri üçün yuxarıdakı smaylikdən istifadə edirdi. Ta ki 2001-ci ildə oxşar smaylikin Loufrani tərəfindən lisenziya vasitəsilə ona milyonlarla dollar qazanc gətirdiyini öyrənənə qədər. Daha sonra Loufrani bu smaylikin ABŞ-da əmtəə nişanı olaraq qeydiyyata alınmasına dair müraciət etdi, ancaq Walmart Apellyasiya Şurasına müraciət edərək öz etirazını bildirdi. Etiraza əsasən, Loufraninin smayliki əmtəə nişanı funksiyasını yerinə yetirmək üçün lazımi tələblərə cavab vermir: kifayət qədər ayırdedicilik (distinctivness) xüsusiyyətinə malik deyil və istehlakçılar arasında çaşqınlıq yaradır.
9 illik məhkəmə mübahisəsinin sonunda məhkəmə qərarı Walmartın xeyrinə verdi. Tərəflərin heç birinin gülüş simvolları mahiyyət etibarilə fərqli deyildi, lakin məhkəmə WalMartın loqosunun ABŞ-da fərqli bir istehlakçı rəğbəti qazandığına qərar verdi. Respondentlər arasında keçirilən sorğuda onlar bu smaylikin sahibi olaraq Loufranini deyil, məhz WalMartın adını qeyd etmişdilər. Buna əsasən məhkəmə Loufraninin logosunun WalMartın logosu ilə qarışıqlığa səbəb ola biləcəyi qərarına gəldi.
Buna rəğmən Loufrani 2009-cu ildə məhkəməyə yenidən müraciət edərək onun smaylikinin Wal-Martın smaylikindən asanlıqla fərqləndirilə biləcəyini iddia etdi. 2011-ci ildə tərəflər nəhayət qarşılıqlı surətdə hər iki tərəfin öz smaylikindən istifadəsinə davam etmək barədə razılığa gəldilər.
Həqiqətən ilk baxışda yuxarıdakı iki smaylik arasında onların haşiyə və fon rəngi istisna olmaqla ciddi fərqlər müşahidə olunmur. Nəzərə alsaq ki, bu smayliklərin ilk dizaynı da bu şəxslərə aid deyil. Bu mübahisədə “qərarı verən istifadəçilər olmuşdu” desək yanılmarıq.
Müəlliflik hüququ və smaylik qarşıdurması

Bir smaylikin musiqi qrupu tərəfindən müəlliflik hüququ ilə qorunması da mümkün olub. Əfsanəvi Nirvana qrupu “Smells Like Teen Spirit” mahnısını ifa etdikdən sonra özlərinin gülən üz smaylikini yaratmış və onu qeydiyyatdan keçirmişdi. Qrup ticarət şirkətlərilə lisenziya müqaviləsi bağlamaqla bu smaylikin (əsasən köynək, bel çantaları, eynəklər və s.) məhsullarda istifadəsinə dair razılıq verib. Bu yolla Nirvanaya məxsus emoji brendə də çevrilə bilib.
Nirvana vs Marc Jacobs məhkəmə işi (2019) : qorunan nə oldu?
Marc Jacobs ABŞ dizayneri paltar üzərində emojinin gözlərindəki “X” hərfini “M” və “J” hərfləri ilə əvəz etdi. Üstəgəl Marc Jacobs şirkətinin veb saytında Nirvana qrupunun “Sure smells like teen spirit” və “Come As You Are” mahnılarının adlarından istifadə olunmuşdu. Maraqlısı ondadır ki, məhkəmə qorunmanın həm müəlliflik hüququ , həm də əmtəə nişanına qədər genişləndirdi. Emojinin gözündəki hərf (detal olaraq) ona ayırdeciliklə yanaşı həm də orijinallıq qatmışdı.


Sual yarana bilər ki, mübahisənin həlli zamanı hakim dəyişdirici istifadə (transformative use) fonunda ədalətli istifadə (fair use) olduğu qənaətinə gələ bilərdi mi və ya bu cür istifadə parodiya hesab oluna bilərdi mi? Fikrimizcə, məsələ bundadır ki, Nirvana smayliki qeydiyyatdan keçirmiş və üzərində müəlliflik hüququnu effektiv surətdə möhkəmləndirmişdi. Müəlliflik hüququnun obyekti olan smaylik götürülüb əmtəə nişanı kimi istifadə olunduğu üçün ikili qorunma tətbiq oluna bilərdi: sanki bu vəziyyətdə əqli mülkiyyət hüquqlarının fraqmentasiyası baş vermişdi: müəlliflik hüququ və əmtəə nişanı bir smaylik dizaynını paralel qoruyurdu. Ancaq smaylikin ticarət nişanı olaraq istifadəsi kommersiya məqsədi güddüyündən dəyişdirici istifadə istisna olundu. Burda sadəcə hərflərin dəyişdirilməsi baş vermişdi. Müəlliflik hüququnda əsərin yenidən işlənmə hüququ (orijinal əsər əsasında yeni əsərin yaradılması) onun müəllifinə məxsusdur. Yenidən işlənmiş əsərin istifadəsinə dair əsər müəllifindən icazə alınmalıdır. Yəni Marc Jobs şirkəti törəmə əsər yaratmaq üçün Nirvana qrupundan icazə almalı idi.
Nirvana qrupuna məxsus mahnı sözlərindən sırf məhsulu reklam məqsədilə istehsalçının diqqətini cəlb etmək üçün istifadə olunmuşdu, bu isə parodiya hesab oluna bilməz, çünki parodiya da ədalətli istifadənin bir növüdür (ABŞ doktrinasına əsasən). Yuxarıda qeyd olunduğu kimi kommersiya məqsədi güdmə qərarın Nirvananın xeyrinə çıxarılmasına səbəb olmuşdu.
Yazımı “The Emoji movie”(2017) filmindən bir cümlə ilə bitirmək istəyirəm: “Smayliklər ünsiyyət tarixinin ən vacib kəşfidir”.
Mənbələr:
1.Wal-Mart not joking with smiley face lawsuit – Chicago Tribune
http://www.chicagotribune.com › news › ct-xpm-2006/05/14
2. Marc Jacobs countersues Nirvana over ‘smiley face’ T-shirt …
http://www.cnn.com › style › article
History of a smiley
The phrase “million dollar smiley” may sound ridiculous at first glance. But the lawsuits surrounding it make us take smilies so seriously. In this article, I will talk about 3 lawsuits related to a smilies and the possibility of legal protection of the smilies from the point of view of copyright and trademark.
Harvey Ball did not know that this emoticon, created by an insurance company to raise the spirits of employees, would later lead to several lawsuits.
Harvey Ball
How did the incident happen? It all started with the design of the smiling face smiley in 1963 by Harvey Ball…
The case of Walmart vs Loufrani
For many years, the US corporation Walmart used the above emoticon for its services. Until he learned in 2001 that a similar emoticon had earned Loufrani millions of dollars through a license. Loufrani later applied for registration of the emoticon as a trademark in the United States, but Walmart appealed to the Board of Appeals. According to the objection, Loufrani’s emoticon does not meet the requirements to perform the function of a trademark: it does not have sufficient distinctiveness and confuses consumers.
At the end of a nine-year litigation, the court ruled in favor of Walmart. The laughter symbols of neither side were essentially different, but the court ruled that the WalMart logo had won a different consumer sympathy in the United States. In a survey of respondents, they did not mention Loufrani as the owner of the emoticon, but WalMart. Based on this, the court ruled that Loufrani’s logo could be confused with the WalMart logo.
However, Loufrani appealed to the court again in 2009, claiming that his emoticon could be easily distinguished from Wal-Mart’s. In 2011, the parties finally agreed to continue using each other’s smilies.
In fact, at first glance, there are no significant differences between the above two emoticons, except for their border and background color. Given that the original design of these emoticons does not belong to these people. In this debate, it is safe to say that “it was the users who made the decision.”
Copyright and emoticon conflict
It was also possible to protect a smiley with a copyright by a music group. After performing the song “Smells Like Teen Spirit”, the legendary band Nirvana created and registered their smiling face. By concluding a license agreement with trading companies, the group agreed to use this emoticon (mainly shirts, backpacks, glasses, etc.) in products. In this way, he was able to become an emoji brand belonging to Nirvana.
Nirvana vs Marc Jacobs lawsuit (2019): What happened to the defender?
US designer Marc Jacobs replaced the letter “X” in the eyes of the emoji on the dress with the letters “M” and “J”. In addition, the website of Marc Jacobs used the names of Nirvana’s songs “Sure smells like teen spirit” and “Come As You Are”. Interestingly, the court extended the protection to both copyright and trademark. The letter in Emoji’s eyes (in detail) added originality as well as distinction.
The question may arise as to whether the judge in concluding the dispute concluded that there was fair use in the face of transformative use, or that such use could be considered parody. In our opinion, the point is that Nirvana registered the emoticon and effectively strengthened the copyright on it. Since the emoticon, which is the object of copyright, was removed and used as a trademark, dual protection could be applied: as if in this case there was a fragmentation of intellectual property rights: copyright and the trademark simultaneously protected the design of one emoticon. However, the use of the emoticon as a trademark was excluded from the use of substitutes for commercial purposes. It was just a change of letters. The right to reproduce a work in copyright (creation of a new work on the basis of the original work) belongs to its author. Permission must be obtained from the author of the work to use the revised work. In other words, Marc Jobs had to get permission from Nirvana to create a subsidiary.
The lyrics of the Nirvana song were used solely to attract the producer’s attention for advertising purposes, which cannot be considered a parody, as parody is also a form of fair use. (According to US doctrine). As noted above, the commercial motive led to the decision in Nirvana’s favor.
I would like to end my post with a sentence from The Emoji movie (2017): “Smileys are the most important discovery in the history of communication.”